Aydın Mirzəzadə Elnur Hüseynova: “Bu hərəkət ona başucalığı gətirdi” - VİDEO
Bizi izləyin

Qırmızı.az

Aydın Mirzəzadə Elnur Hüseynova: “Bu hərəkət ona başucalığı gətirdi” - VİDEO

Milli Məclisin deputatı Aydın Mirzəzadə ötən gün Vyanada keçirilən “Eurovision 2015” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Elnur Hüseynovun ikinci qrupdan finala vəsiqə qazanmasına münasibət bildirib.

Publika.az-ın məlumatına görə, deputat A.Mirzəzadə deyib ki, ötən gün Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “Eurovision 2015” mahnı müsabiqəsinin ikinci qrupundan finala vəsiqə qazanan 10 ölkənin təmsilçiləri mətbuat konfransı keçiriblər: “Konfransda finala vəsiqə qazanan Elnur Hüseynov da iştirak edirdi. Azərbaycandan olan media nümayəndəsi ondan hisslərini mahnı ilə ifadə etməsini istəyib. Təmsilçimiz isə bundan imtina edib: “Bu an xoşbəxt və şən mahnı oxuya bilmərəm. Çox kədərliyəm. Bunun üçün səbəbim var. Azərbaycanlılar məni başa düşər”.

Təmsilçimizin konfransda mayın 19-da Bakıda baş verən faciə ilə əlaqədar sinəsinə qara lent taxması da diqqətdən qaçmayıb.

Elnurun bu hərəkəti ona başucalığı gətirdi və gözümüzdə bir daha ucaldı”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm