Qırmızı.az
“Xırdalan dairəsi”ndəki tunel açıldı
Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 11-ci kilometrliyində yerləşən avtomobil tunelinin bir hissəsində aparılan təmir-tikinti işləri yekunlaşıb.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu gün səhər saatlarından etibarən təmir işləri ilə əlaqədar bağlı olan yol yenidən sürücülərin ixtiyarına verilib.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunları öncəsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri çərçivəsində “Xırdalan dairə”sindəki avtomobil tunelinin yalnız Sumqayıt şəhəri istiqamətində olan hissəsi təmir olunub. Təmir işləri zamanı tunelin 5 min kvadrat metr sahəsində asfalt-beton örtüyü tam olaraq yenilənib. Yolun təmir olunan hissəsinin uzunluğu 520 metr, eni isə 5 metrdir. Tunelin digər hərəkət hissəsinin təmiri işləri isə növbəti istirahət günü həyata keçiriləcək.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC paytaxtın bəzi küçə və prospektlərində təmir işləri ilə əlaqədar yaranan müvəqqəti narahatlığa görə sürücülərdən üzr istəyir və görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.
Gülnar Əliyeva
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR