Azərbaycan elminə ağır itki
Bizi izləyin

Qırmızı.az

Azərbaycan elminə ağır itki

Bu gün Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Azərbaycanın görkəmli alimi texnika elmləri doktoru, professor, Rusiya Dövlət Təhsil Akademiyasının həqiqi üzvü, Təhsil Problemləri İnstitutunun keçmiş direktoru Abdulla Mehrabov dünyasını dəyişib.

Publika.az-ın məlumatına görə, Abdulla Mehrabov “Bərk cisimlər fizikası”, “Bərk cisimlərin radiasiya fizikası”, “İstilik fizikası və molekulyar fizika”, və “Təhsil tədqiqatları” sahəsində dünya şöhrətli alimdir.
O, Beynəlxalq Ekoenergetika Akademiyasının Rəyasət Heyətinin 5 may 1999-cu il tarixli qərarı ilə Akademiyanın Qızıl Medalı ilə təltif olunub. Amerikanın Beynəlxalq Bioqrafiya İnstitutunun müəyyən etdiyi "XXI əsrin astanasında" dünya şöhrətli alimlər içərisində qazandığı elmi nəticələrə görə 2000 və 2006-cı illərdə Amerikada çap olunan məlumat kitabına professor A.Mehrabovun tərcümeyi-halı daxil edilmiş və ona Xüsusi Diplom və Xatirə Qızıl Medalı verilmişdir. Amerika Bioqrafiya İnstitutu texnika elmləri doktoru, professor, Rusiya Təhsil Akademiyasının akademiki Abdulla Mehrabov 2007-ci ilin adamı adına layiq görülüb.

Professor A.Mehrabov 23 aprel 2004-cü ildə Rusiya Təhsil Akademiyasının akademiki seçilib.
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 oktyabr tarixli 1034 nömrəli sərəncamı ilə o, "Tərəqqi" medalı ilə təltif olunmuş, həmçinin "Respublikanın əməkdar müəllimi" fəxri adına layiq görülüb.

Nəzəri və təcrübi tədqiqatları neft maşınqayırması sənayesində, tökmə prosesində, kosmik texnikada, elektron sənayesində geniş tətbiq olunmuş və böyük iqtisadi səmərə verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm