25 yaşlı oğlan qatarın altında qaldı (Yeniləndi)
Bizi izləyin

Qırmızı.az

25 yaşlı oğlan qatarın altında qaldı (Yeniləndi)

25 yaşlı oğlan qatarın altında qaldı

Bu saatlarda Bakı Metropolitenində dəhşətli anlar yaşanıb. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, metronun “Ulduz” stansiyasında sərnişin qatarın altına yıxılıb.

Hadisə zamanı qatarın altına düşən 25 yaşlı gəncin qolu amputasiya olub. Onun başından da travma aldığı bildirilir. Sərnişin xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisə şahidlərinin Publika.az-ın əməkdaşına verdiyi məlumata görə,hadisə bu cür olmayıb, özünü qatarın altına atan xanım olub və nəticədə qatarların intervalında gecikmələr olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm