Sürücülərin nəzərinə: “Oyunlar zolağı”nın yeri dəyişdirildi
Bizi izləyin

Qırmızı.az

Sürücülərin nəzərinə: “Oyunlar zolağı”nın yeri dəyişdirildi

“Yolda nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə Beynəlxalq Avtovağzalın qarşısındakı zolağın yeri dəyişdirilib”.

Bu sözləri Axar.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, yeganə dəyişiklik ancaq Beynəlxalq Avtovağzalın qarşısında aparılıb: “Həmin ərazidəki “Oyunlar zolağı”nın yeri dəyişdirilərək yolun solundan sağına keçirilib. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zolağın yeri dəyişdirilib. Çünki “Oyunlar zolağı” yolun sol hissəsində olanda avtovağzaldan Avropa Oyunları məqsədilə ayrılmış xüsusi avtobuslar çıxanda yolun soluna keçərək hərəkət etməli idi. Bu da yolda müəyyən sıxlığa səbəb ola bilərdi. Bu səbəbdən zolağın yeri dəyişdirilib ki, avtovağzaldan çıxan, oyunlar üçün xüsusi nəzərdə tutulmuş avtobuslar birbaşa yolun sağ hissəsinə çıxmadan hərəkətlərini davam etsinlər”.

A.Nəcəfli qeyd edib ki, bundan başqa “Oyunlar zolağı” olan yolların heç birində belə dəyişiklik gözlənilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm