"Zərərçəkənlər “Azəriqaz” İB - ni məhkəməyə verməlidirlər"
Bizi izləyin

Qırmızı.az

"Zərərçəkənlər “Azəriqaz” İB - ni məhkəməyə verməlidirlər"

Zərərçəkənlər “Azəriqaz”İB-ni məhkəməyə verməlidirlər

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində qazdan kütləvi zəhərlənmə hadisəsinin baş verməsi ilə bağlı araşdırmalar aparılır.

Zəhərlənməyə ilkin ehtimal kimi qazın tərkibinə vurulan aderant maddəsinin miqdarının normadan artıq olması göstərilir. Məsələyə münasibət bildirən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban aderant maddəsindən bütün dünya praktikasında istifadə edildiyin deyir: “Təmirdən sonra aderant maddəsi vurulur ki abonent qazın verilişini hiss etsin.Maddənin normadan artıq vurulması iri miqyaslı bədbəxt hadisələrə gətirib çıxardı.Gec reaksiya verənlər zəhərləndilər.

Qoxunu zamanında hiss edənlər isə qaçıb canlarını qutardılar”. Hazirda 100 nəfərin rəsmən xəstəxanaya müraciət etdiyini deyən İ.Şaban bildirir ki, zərərçəkənlər “Azəriqaz”İB-ni məhkəməyə verməlidirlər: “Ağıllarını başlarına yığmalıdırlar.

Digər məsələ, hava şəraitinin soyuq olduğu, konkret tempraturun mənfi 4 dərəcə təşkil etdiyi zamanlarda İstehsalat Birliyi rəsmi saytında təmir işləri ilə əlaqədar mavi qaz verilişini dayandırıldığına dair xəbərdarlıq edir. Necə ola bilər ki, qar yağdığı zamanda təmir işləriı adı ilə qazın təhcizatı dayandırıla”.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm