İmtahanlarda 87 nəfər maksimum nəticə göstərdi (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

İmtahanlarda 87 nəfər maksimum nəticə göstərdi (YENİLƏNİB)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 6-da keçirilmiş buraxılış imtahanının (IX və XI siniflər üçün) nəticələrini açıqlayıb.

Komissiyadan Publika.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytında http://eservices.tqdk.gov.az/netorta/ linkinə daxil olmaqla və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

Təqdim olunan linkə daxil olmaqla qiymətləndirmə meyarları ilə də tanış ola bilərsiniz.

Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə bir daha çatdırılır ki, ümumi ( 9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bin fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Tam (11-illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

V qrup üzrə müsabiqə şərtləri isə 2 saylı "Abituriyent" jurnalında verilib.

Qeyd edək ki, buraxılış imtahanında bir düzgün cavab 1 balla hesablanır.

IX sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzü üzrə yazı işi (inşa) yerinə yetirmişlər. İmtahanın ümumi müddəti iki saat müəyyən edilmiş, test tapşırıqlarının yerinə yetirilməsinə 1,5 saat, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb.

İmtahanda iştirakı nəzərdə tutulan 29382 şagirddən 410 nəfəri imtahana gəlməyib, 2 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 28970 şagirdin imtahan nəticələri yerləşdirilib.

İştirakçılardan 50 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.

XI sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilmişdir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilmişdir. Bundan əlavə, şagirdlərə təqdim edilmiş mövzü üzrə yazı işi yerinə yetirmək təklif olunub. İmtahanın ümumi müddəti iki saat müəyyən edilmiş, test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrııb.

İmtahanda iştirakı nəzərdə tutulan 24774 şagirddən 364 nəfəri imtahana gəlməyib, 17 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 24393 şagirdin imtahan nəticələri yerləşdirilib.

İştirakçılardan 37 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm