Nikaha daxil olmaq istəyənlərdən qan nümunələri toplanır
Bizi izləyin

Qırmızı.az

Nikaha daxil olmaq istəyənlərdən qan nümunələri toplanır

Səhiyyə Nazirliyi nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinəsilə bağlı vəziyyət barədə məlumat yayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinə prosesi və buna dair bütün tələblər 2015-ci il iyunun 1-dən icra olunmağa başlayıb. İş prosesinin təşkili, əhalinin maarifləndirilməsi, eləcə də ictimaiyyəti qanunun icrasına dair məlumatlandırmaq məqsədi ilə paytaxt Bakıda və regionlarda jurnalistlər üçün görüşlər təşkil olunub.

Bakı, Qusar, Mingəçevir və Cəlilabadda təşkil olunan səfərlərdə nikaha daxil olmaq istəyən cütlüklərdən müayinələr üçün toplanan qan nümunələri götürülüb, gələcək ailənin sağlamlığı baxımından onlarla söhbət aparılıb. Eyni zamanda, paytaxt və regionlardakı tibb müəssisələrinin və tibbi personalın prosesə tam hazırlığı eləcə də yaradılan şərait jurnalistlərin diqqətinə çatdırılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm