Həbsxanada qadağan olunmuş əşyalar aşkar edildi
Bizi izləyin

Qırmızı.az

Həbsxanada qadağan olunmuş əşyalar aşkar edildi

İstintaq təcridxanasında və Həbsxanada qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Elçin Arif oğlu Abdullayevin saxlandığı kameraya və üzərinə baxış keçirilib.

Baxış zamanı onun yatdığı çarpayının üstündəki döşəyin altında gizlədilmiş, daxilində "Sim" danışıq kartı olan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı və 1(bir) ədəd "Nar" danışıq kartı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Elçin Abdullayev Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilib.

Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən məhkum Murad Hamlet oğlu Məmmədovun saxlandığı kameraya və üzərinə baxış keçirilib. Baxış zamanı onun əynində olan şalvarın cibindən 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Murad Məmmədov Cinayət Məcəlləsinin 232.1; 234.1; 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 66.3 və 93.1.4 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib.

Hər iki fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm