Qırmızı.az
Azərbaycan istehsalı olan texnologiya İranda
Bu gün Tehranda IV texnologiya və innovasiya sərgisi (İNOTEX-2015) keçiriləcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən
Publika.az-a verilən məlumata görə, sərgidə
dünyanın 20 ölkəsindən 500-ə yaxın şirkət iştirak edəcək.
Builki sərgiyə İran İslam Respublikasının 54 şirkəti qatılaraq texnologiya məhsullarını nümayiş etdirəcək. Rusiyanı sərgidə 34 qurum təmsil edəcək. Bu ölkələrlə yanaşı, sərgidə Çinin, Böyük Britaniyanın, Koreya Respublikasının, Hindistanın və başqa ölkələrin şirkətləri iştirak edəcəklər.
Beynəlxalq sərgidə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi təmsil edəcək.
Nazirliyin hazırladığı stenddə Azərbaycanın milli istehsalı olan
texnologiya və innovasiya məhsulları nümayiş etdiriləcək.
Sərgi çərçivəsində müxtəlif dövlətləri təmsil edən şirkətlərin
rəhbərləri qarşılıqlı görüşlər keçirərək əməkdaşlıq əlaqələrini
müzakirə edəcəklər. Sərgidə nümayiş olunacaq məhsulların satışı da
nəzərdə tutulur.
Gülxar
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO