Qırmızı.az
Bakıda beynəlxalq kitab yarmarkası keçiriləcək
Bakıda beynəlxalq Kitab sərgi-yarmarkası keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a verilən məlumata görə, IV Bakı Beynəlxalq Kitab sərgi-yarmarkasında iştirakla bağlı ərizə-müqavilə qəbulu artıq başlayıb.
Yarmarka sentyabr ayının 16-18 tarixində keçiriləcək. Tədbirin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyidir.
Sərgi-yarmarkada nəşriyyatlar tərəfindən buraxılmış nəşrləri nümayiş etdirmək, satmaq, iştirakçı xarici dövlətlərin nəşriyyatları, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanmaq mümkün olacaq.
IV Bakı Beynəlxalq Kitab sərgi-yarmarkasında stend sahəsi və avadanlıqları iştirakçılara pulsuz olaraq veriləcək. Sərgi-yarmarkada iştirak etmək üçün zəruri sənədləri (proqram, kataloq, iştirak şərtləri, ərizə-müqavilə) Təşkilat Komitəsindən əldə edə bilərsiniz.([email protected])
IV Bakı Beynəlxalq sərgi-yarmarkasında iştirak haqqında ilkin məlumat 15 avqust 2015-ci il, ərizə-müqavilə isə 01 sentyabr 2015-ci il tarixinə qədər sərginin Təşkilat Komitəsinə təqdim edilməlidir. (Ünvan: AZ1000, Bakı ş., Ü.Hacıbəyli küç. 40, Hökumət Evi, 3-cü mərtəbə. Tel: 493-06-80. Faks: 493-56-05)
Sərgi barədə bütün məlumatları www.mct.gov.az və www.bakubookfair.com saytından əldə etmək mümkündür.
Gülnar
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?