TQDK imtahandan “2”, “3” alanların sayını açıqladı
Bizi izləyin

Qırmızı.az

TQDK imtahandan “2”, “3” alanların sayını açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 11-də keçirdiyi buraxılış imtahanlarında iştirak edənlərin qiymətlərini açıqlayıb.

TQDK-dan Publika.az-a verilən məlumata görə, 9-cu sinifdə keçirilmiş buraxılış imtahanında iştirak edənlərin ana dili üzrə 6664-u (26.84%) “2”, 12537-si (50.50%) “3”, 3908-i (15.74%) “4”, 1718-i (6.92%) “5” qiymət alıb.

Riyaziyyat üzrə 7913 nəfər (31.87%) “2”-i, 9795 nəfər (39.45%) “3”, 4204 nəfər (16.93%) “4”, 2915 nəfər (11.74%) “5” qiymət alıb.

11-ci sinif şagirdlərinin imtahan nəticələrinə əsasən, ana dilindən 4520 nəfər (22.14%) “2”, 8157 nəfər (39.96%) “3”, 4400nəfər (21.55%) “4”, 3336 nəfər (16.34%) “5” alıb. Riyaziyyatdan 5485 nəfər (26.87%) “2”, 7375nəfər (36.13%) “3”, 4578 nəfər (22.43%) “4”, 2975nəfər (14.57%) “5” alıb.

Xarici dil üzrə 4814 nəfər (24.07%) “2”, 9409nəfər (47.05%) “3”, 3624nəfər (18.12%) “4”, 2151 nəfər (10.76%) “5” alıb.

Kimya fənni üzrə 65 nəfər (15.66%) “2”, 238 nəfər (57.35%) “3”, 79 nəfər (19.04%) “4”, 33 nəfər (7.95%) “5” alıb.

Qeyd edək ki, sonuncu buraxılış imtahanı Naxçıvan, Qobustan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzəndə, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində keçirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm