Azərbaycanlı tələbələr Türkiyəyə gedir
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı tələbələr Türkiyəyə gedir

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) 2 tələbəsi iyunun 29-dan iyulun 10-a kimi Türkiyənin Atatürk Universitetində təşkil olunacaq yay məktəbində oxumaq hüququ qazanıb.

Nazirliyin mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, ATMU tələbələri tədris proqramına uyğun planlaşdırılan dövrdə turizm, marketinq, menecment fənlərindən dərs deyən professor-müəllim heyətinin mühazirələrini dinləyəcək, Ərzurum və Qara dəniz sahillərinə məqsədli tur-səfər edəcəklər.

Məlumat üçün bildiririk ki, Atatürk Universitetində ingilis dilində fəaliyyət göstərən yay məktəbini indiyədək universitetin təxminən 10 tələbəsi bitirib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm