175 müəllim iş yerini dəyişdi
Bizi izləyin

Qırmızı.az

175 müəllim iş yerini dəyişdi

Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqə başa çatıb.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün müraciət etmiş 3283 nəfərdən 1308 nəfər birinci mərhələdə - test imtahanında iştirak edib.

İyunun 16-da keçirilmiş test imtahanının nəticələrinə əsasən, 197 nəfər seçdiyi vakant yerə iş yerini dəyişmək hüququ əldə edib və müsabiqənin ikinci mərhələsinə - müsahibəyə buraxılıb.

Müsahibənin nəticələrinə görə, Təhsil Nazirliyi tərəfindən 175 nəfərin iş yerini dəyişməsinə razılıq verilib. İş yerini dəyişənlərdən 172 nəfəri Azərbaycan, 3 nəfəri rus bölməsi üzrə çalışan müəllimlərdir.

Fənlər üzrə təsnifata görə, iş yerini dəyişənlərdən 36 nəfər tarix, 34 nəfər Azərbaycan dili və ədəbiyyat, 20 nəfər İngilis dili, 17 nəfər fizika, 15 nəfər riyaziyyat, 14 nəfər coğrafiya, 11 nəfər kimya, 7 nəfər informatika, 6 nəfər ibtidai sinif, 6 nəfər biologiya, 5 nəfər rus dili, 2 nəfər musiqi, 1 nəfər fransız dili, 1 nəfər texnologiya müəllimidir.

İş yerini dəyişən 175 müəllimin 50 nəfəri Bakı, 3 nəfəri Gəncə, 2 nəfəri Şirvan, 2 nəfəri Abşeron, 118 nəfəri isə digər rayon və şəhərlərdəki təhsil müəssisələrini seçiblər.

Yerdəyişmə üzrə müsabiqə yekunlaşdıqdan sonra yenidən müəyyənləşdirilmiş vakant yerlərə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu 1-15 iyul 2015-ci il tarixlərində aparılacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm