Təhsil Nazirliyindən dərsdənkənar məşğələlərlə bağlı məhdudiyyət
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyindən dərsdənkənar məşğələlərlə bağlı məhdudiyyət

Dərsdənkənar məşğələ saatlarından tədris planında nəzərdə tutulan hər hansı bir fənnə əlavə saat ayrılması, habelə bu saatlar hesabına tədris planında olmayan digər bir fənnin tədrisi yolverilməzdir.

Publika.az xəbər verir ki, bu barədə tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi və pilot müəssisələrin 2015-2016-cı dərs ili üçün tədris planlarının təsdiqi haqqında təhsil nazirinin əmrində qeyd edilir.

Əmrə əsasən, dərsdənkənar məşğələlərin məzmun istiqamətləri müəyyən olunarkən nitq mədəniyyətinin formalaşdırılmasını, savadlı yazı, xarici dil, İKT bacarıqlarının inkişafını, Azərbaycan tarixinin şanlı səhifələrini və tanınmış nümayəndələrini, milli-mənəvi dəyərlərimizi və maddi-mədəni irsimizi, bəşər tarixində müstəsna rol oynayan elmi kəşf və nailiyyətləri, məşhur ədəbi simaların, filosof və alimlərin həyat yolu və fəlsəfi baxışlarını əks etdirən, habelə hüquqi savadlılıq, estetik və ekoloji mədəniyyətlə bağlı məsələlərə diqqət yetirilməsi tövsiyə edilir.

Əmrdə vurğulanır ki, dərsdənkənar məşğələlərin səmərəliliyini təmin etmək məqsədilə ali təhsil və elmi-tədqiqat müəssisələrindən mütəxəssislərin dəvət olunmasına icazə verilir.

Şagirdlərin sayı 20 (iyirmi) və daha çox olan siniflər aşağıdakı fənlərin tədrisində 2 (iki) qrupa bölünür: Tədris rus dilində aparılan siniflərdə “Azərbaycan dili (dövlət dili kimi)”. Tədris dilindən asılı olmayaraq bütün siniflərdə “Xarici dil”, “Fiziki tərbiyə”. “Gənclərin çağırışaqədərki hazırlığı” fənn proqramında nəzərdə tutulmuş tibbi biliklərin əsaslarına aid mövzular bütün sinfə tədris edilir.

Dərsdənkənar məşğələ qrupları, bir qayda olaraq, şagirdlərin sayı 8 (səkkiz) nəfərdən az olmamaqla komplektləşdirilir. Bununla belə, seçilmiş mövzuya şagirdlərin marağından asılı olaraq, dərsdənkənar məşğələ qrupları maksimum 15 nəfərlə də komplektləşdirilə bilər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm