Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR

İyunun 26-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbərliyi və şəxsi heyəti Silahlı Qüvvələr Günü münasibəti ilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Nazirlikdən Publika.az-a daxil olan məlumata görə, əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə və Zərifə xanım Əliyevanın məzarına gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib.

Sonra Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm