Ermənistanda aləm qarışdı: Xocayanlar niyə Azərbaycana əsir düşür?
Bizi izləyin

Qırmızı.az

Ermənistanda aləm qarışdı: Xocayanlar niyə Azərbaycana əsir düşür?

Ermənistanda aləm qarışdı: Xocayanlar niyə Azərbaycana əsir düşür?

Erməni əsiri 3 gün əvvəl qaytarılmış Mamikon Xocayanın qohumudurmu?

Azərbaycan kütləvi informasiya vasitələri Tovuz rayonu Ermənistan-Azərbaycan sərhədində Ermənistan vətəndaşınının saxlanması ilə bağlı xəbər yayıblar.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının katibi Şahin Sahilov bildirib ki, 20-22 yaşlı Ermənistan vətəndaşı ələ keçirilib. Erməni dilindən başqa dil bilməyən Ermənistan sakini Bakıya göndərilib.

Bu informasiya Ermənistan Müdafiə Nazirliyindən hələ ki təsdiqlənməyib. Ermənistan Respublikası müdafiə nazirliyi mətbuat katibi Artsrun Ovenisyan bildirib ki, Ermənistan silahlı qüvvələrinin heç bir hərbiçisi sərhədi keçməyib.

Azərbaycan mətbuatı əsir götürülmüş şəxs 1991-ci il təvəllüdlü olan Arsen Xocayan olduğunu bildirir.

Publika.az erməni mətbuatına istinadən xəbər verir ki, sərhəd kəndinin kənd inzibati başçısı Nerkin Karmiraxbyur kəndlərində bu adda insanın yaşadığı qeyd edir, lakin hal-hazırda onun harada olması məlum deyil.

Arsen Xocayan 4 mart tarixində qaytarılmış 77 yaşlı Mamikon Xocayanın qohumudur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm