Dünyanın ən nüfuzlu 100 universitetinin adı açıqlanıb
Bizi izləyin

Qırmızı.az

Dünyanın ən nüfuzlu 100 universitetinin adı açıqlanıb

Son 10 ildir dünyadakı ən yaxşı universitetləri sıralayan «English Times» qəzetinin «Times Higher Education» (THE) dərgisi 2014-cü ilin ən sayılan universitetlərini açıqlayıb. Siyahıya ABŞ-ın Harvard Universiteti başçılıq edir.

Maraqlıdır ki, ilk 100-də universitet markasını hər zaman saxlamağı bacaran ABŞ-ın 46 universiteti var.20 ölkənin yer aldığı siyahıda İngiltərə universitetlərinin nüfuzunun azalması «narahatçılıq» doğurub.

Beləliklə, Böyük Britaniyanın 10 universiteti, Almaniyanın 6, Avstraliya və Yaponiyanın 5, Hollandiyanın 4, Çin və Fransanın bir universiteti siyahıya düşüb. Tokio Universiteti 11-ci olub.

Keçmiş sovet məkanından ancaq Rusiyanın məşhur M.Lomonosov adına Moskva Dövlət Universiteti ilk 100-də yer alıb.Ən sayılan universitetlər sırasına Türkiyədən yalnız bir universitet – Orta Doğu Teknik Üniversitesi (ODTÜ) düşüb (71-80-ci qrup).

Azərbaycan universitetləri siyahıda yoxdur.«Times Higher Education» bu reytinqi «Thomson Reuters» İnformasiya Qrupu və «Ipsos Media» İctimai Rəyi Öyrənmə Xidməti ilə birgə bütün dünyada sosial qruplar arasında keçirilən anketləşdirmə nəticəsində tərtib edir.

Reytinq hazırlayan qrupun fikrincə, hansı yerdə olsa da, ilk 100-lüyə düşmək hər bir universitet üçün şərəf sayıla bilər.

100-lük siyahı 6 min universitetin arasından seçilib.

​​

Oxumağa davam et
Reklam
Reklam

Gündəm