Qoroskop
Səbuhi Rəhimlidən Aprelin 2-nə olan astroloji proqnoz
QOÇ - Təxminən saat 15-ə qədər bütün mühüm işlərinizi təxirə salın. Əks təqdirdə uğursuz cəhdlər silsiləsinə mübtəla olacaqsınız. Sonrakı müddətdə isə maraqlı hadisə və insanlarla rastlaşacaqsınız.
BUĞA - Dünəndən Ay bürcünüzdə olduğu üçün gün darıxdırıcı keçəcək, lakin hisslərinizi cilovlamağı bacarmalısınız. Çünki bu gün sizi böyük işlər gözləyir. Əsas vaxtınızı məhəbbətə həsr edin.
ƏKİZLƏR - Sağlıq durumunuzu nəzarətdə saxlaya bilsəniz, gün ərzində heç bir probleminiz olmayacaq. Nahardan sonra doğmalarınız və sevdiyiniz adamlarla daha mehriban davranın.
XƏRÇƏNG - İşlərinizin çoxluğu fiziki cəhətdən yorğunluğunuza səbəb ola bilər. Lakin nəticənin uğurluluğunu nəzərə alıb usanmayın. Etibar etmədiyiniz adamların məsləhətlərinə əhəmiyyət verməyin.
ŞİR – Qərarlarınızda qəti və ədalətli olsanız, heç bir xoşagəlməzliyin şahidi olmayacaqsınız. Çalışın ki, bahalı əşyalar, o cümlədən daşınmaz əmlak alqı-satqısında iştirak etməyəsiniz.
QIZ - Ümumi götürdükdə uğurlu təqvim hesab etmək olar. Əksəriyyətlə müqayisədə daha çox büdcə artımı sizdə gözlənilir. Bu da hazırkı problemlərin həllinə kömək edə bilər. Bu gün yeni təkliflər də mümkündür.
TƏRƏZİ - Ulduzlar boş-boşuna oturmağınızı məsləhət görmür. Ən azı ona görə ki, artıq bürcünüzün aktiv ərəfəsi başlayıb. Şəxsi büdcənizdə və sevgi münasibətlərinizdə uğurlar da gözlənilir.
ƏQRƏB - Yeni görüş və məsləhətləşmələrdə iştirakınız gözlənilir. Qarşınızı kəsən maneələr yavaş-yavaş səngiməyə başlayacaq. Yaşca sizdən böyük olan təcrübəli adamlardan yararlanın.
OXATAN - Yeni işgüzar əlaqələr qurmaq üçün Göy qübbəsi şanslarınızı artıracaq. Amma gərək təşəbbüskarlıq qarşı tərəfdən olsun. Bu gün şəxsi büdcənizdə müəyyən artımlar da mümkündür.
OĞLAQ – Kifayət qədər düşərli gündür. Ulduzlar gün ərzində nəzərdə tutduğunuz planların reallaşmasına təkan verəcək. Sadəcə, şəraitə uyğun addım atmalısınız. Günahlardan uzaq olmağa çalışın.
SUTÖKƏN - Şəxsi işlərinizdə, eləcə də qarşılıqlı münasibətlər zəminində müsbət dönüş yaratmaq üçün kifayət qədər şanslarınız var. Atacağınız hər bir addımı dönə-dönə ölçüb-biçin.
BALIQLAR – Ulduzlar sizə pul vəd edir. Bu səbəbdən əsas gücünüzü deyilən istiqamətə yönəldin. Fəaliyyət və məhəbbət istiqamətində sevindirici olaylar da baş verə bilər. Sirrinizi yalnız sirdaşa verin.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR