• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Səbuhi Rəhimlidən mayın 12-nə olan astroloji proqnoz

  • Qoroskop
  • 12 May 2014 00:38
  • 3 428 Baxış
Səbuhi Rəhimlidən mayın 12-nə olan astroloji proqnoz

QOÇ - Göstəricilərə inansaq, bu gecə narahat yatmısınız. Odur ki, gün ərzində ümumi süstlük sizi tərk etməyəcək. Bu amili nəzərə alıb yaxşıca dincəlin. Dostların əhatəsində olmağa çalışın.

BUĞA - Bütün işlərinizi saat 15-ə qədər yekunlaşdırmağa çalışın. Belə ki, ideyalarınızı həyata keçirmək üçün sonrakı ərəfə sərfəli deyil. Əksinə, mübahisəli hallar baş verə bilər. Sənədləşdirmə işlərini təxirə salın.

ƏKİZLƏR - Olduqca məhsuldar gündür. Üzərinizə düşən çoxsaylı vəzifələrdən qorxmayın. Əksinə, əzmkarlığınızı artırmaqla nəzərdə tutduğunuz işlərin həllini sürətləndirin. Nəqliyyatda ehtiyatlı olun.

XƏRÇƏNG - Sağlıq durumunuzu nəzarətdə saxlaya bilsəniz, digər məsələlərdə elə bir çətinliyiniz olmayacaq. Əməkdaşlıq istiqamətində ürəkaçan gedişlər mümkündür. Büdcənizdə irəliləyiş də gözlənilir.

ŞİR - Bir qədər mübahisəli gündür. Yaxınlarınızla, həmçinin ailə üzvlərinizlə (xüsusən yaşlılarla) mülayim davranın. Axşamı bütünlüklə gəzinti və qonaqlıqlara həsr edin ki, rahatlıq tapasınız.

QIZ – Çoxları ilə müqayisədə bu təqvimdə sizin büdcəsinizdə daha çox artım gözlənilir. Odur ki, gəlir gözlənilən bütün obyektlərə baş çəkin. Aldığınız yeni təkliflərə başdansovdu yanaşmayın.

TƏRƏZİ – Mənfi enerjili Ay bürcünüzdə olduğu üçün ilk növbədə səhhətinizə fikir verməlisiniz. Ağır iş görmək, piyada çox gəzmək sizə zərərdir. Çalışın ki, istənilən məsələdə ürəyinizin səsinə qulaq asasınız.

ƏQRƏB - Olduqca düşərli gündür. Rastlaşdığınız hər bir hadisə ürəyinizcə olacaq. Hər kəslə xoş ünsiyyət qurmağa çalışın. Axşama yaxın sevindirici xəbərlər eşidə bilərsiniz. Kiçikyaşlılara diqqət ayırın.

OXATAN - İxtiyarınızda olan bu təqvimin nahara qədərki dövrü gərgin tərzdə davam edəcək. Sonrakı saatlarda ikitərəfli sövdələşmə üçün səmərəli olacaq. Qida rejiminə diqqət yetirin. Qazancınız da olacaq.

OĞLAQ - Astroloji göstəricilər yalnız savablar göstərmək üçün münasib vaxt olduğunu bəyan edir. Odur ki, fəaliyyətə ara verib, gəzinti və səfərlərə çıxmağa çalışın. Həmsöhbətlərinizlə doğru-dürüst danışın.

SUTÖKƏN – Riskli hərəkətlərə yol verməyin. Maksimum neytrallıq nümayiş etdirin. Hər dedi-qoduya tələsik reaksiya verməyin. Saat 16-19 arası bütün günah işlərdən çəkinin, yalan vəd verməyin.

BALIQLAR - Son vaxtlar Göy qübbəsi əsəblərinizin qaydasında olmadığını göstərir. Bunu nəzərə alıb sakit bir guşəyə çəkilin. Ulduzlar bunun üçün şəxsi büdcənizi də artırmağa hazırdır. Təki siz istəyəsiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR