Qoroskop
Səbuhi Rəhimlidən iyunun 16-na olan astroloji proqnoz
QOÇ – Ümumən uğurlu olan bir təqvimlə baş-başasınız. Görəcəyiniz işlərdə bütün addımları təkbaşına
atın, amma münasibətləri qorumağı da yaddan çıxarmayın. Axşam saatlarında sürprizlərə hazır olun.
BUĞA – Ətrafdakılarla münasibətlərdən, dolaşıqlıqlardan özünüzü qoruyun. Yeni istehsalat və yaradıcılıq layihələri üzərində işə başlamaqdan vaz keçin. Sevdiyiniz adamlara qarşı qısqanc olmayın, heç olmasa bu gün.
ƏKİZLƏR – Sükut etmək və ya mövcud olmayan məsələlər barədə xəyal qurmaq sizə zərərdir. Artıq ayılmaq və irəli şığımaq məqamıdır. Ulduzlar bu gün sizə maliyyə yenilikləri də vəd edir, amma səfərə çıxmaq olmaz.
XƏRÇƏNG – Adi bir təbəssüm, xoş bir söz ətrafda olanların sizə münasibətinə müsbət təsir edə bilər. Elə isə sadə görünən bu savaba qol qoyun. İndi sizə nüfuzu yüksəltmək hava və su kimi lazımdır.
ŞİR – Həyatınızın ötən dönəmlərində baş verən hadisələrdən nəticə çıxarın. Analitik təhlillər sizə mütləq kömək edəcək. Başqalarını, yaxud həyatın özünü ittiham etməkdənsə, buraxdığınız səhvləri təkrarlamayın.
QIZ – Bu gün ilk növbədə çalışın ki, ətrafınızda sağlam düşüncəli adamlar olsun. Əks təqdirdə yanlışlığa yol verib ovqatınızı pozacaqsınız. Etibalılıq faizi aşağı olan şəxslərin məsləhətlərinə qulaq asmayın.
TƏRƏZİ – Yeni işlərə başlamaq üçün çox münasib vaxtdır. Ötən yarım ayda reallaşdıra bilmədiyiniz layihələrə yenidən baxmağa dəyər. Göy qübbəsi səfərə çıxmağınızın əleyhinə olsa da, məhəbbətdə uğurlar vəd edir.
ƏQRƏB – Bu gün öyrəndiklərinizə etibar etməyin, çünki tezliklə aydın olacaq ki, bu, məkrli təxribat, yaxud saxtalıqdan başqa bir şey deyil. Kütləvi informasiya vasitələrində fakt və həqiqətdən uzaq şayiələrə uymayın.
OXATAN – Öz fikirlərinizi diqtə edərkən qətiyyən qərəzli mövqe nümayiş etdirməyin. İndiki həssas məqamda inadkarlıq sizi nüfuzdan sala bilər. Saat 16-18 aralığında maliyyə və sənədləşdirmə işlərinə vaxt ayırın.
OĞLAQ – Astroloji göstəricilər işlərinizin qaydasına düşdüyünü göstərir. Amma tempi bir az da artırmaq olar. Qərəzdən uzaq olmaqla qarşıda duran vəzifələrin öhdəsindən gələ bilərsiniz. Bu gün duzlu qidalardan uzaq olun.
SUTÖKƏN – Təkəbbür və lovğalığın ən müxtəlif təzahürləri güclənə bilər. Bu səbəbdən mübahisə və yalanlardan qaçmalısınız. Gün ərzində pulla bağlı risk etməyin, yeni təklifləri dəyərləndirmək üçün vaxt istəyin.
BALIQLAR – Bürcünüzdəki planetar mənzərə yüksək təcavüzkarlıq və dava-dalaşa qoşulmaq ehtimalından xəbər verir. Bu səbəbdən gün ərzində daha çox tənhalığa qurşanın. Ulduzlar şəxsi büdcənizdə dönüşdən xəbər verir.
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO