• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Astroloji proqnoz - 28 oktyabr

  • Qoroskop
  • 28 Oktyabr 2014 00:01
  • 1 774 Baxış
Astroloji proqnoz - 28 oktyabr

QOÇ - Ümumi ovqatınızda pis heç nə olmayacaq. İşlə bağlı problemləriniz də məhz bu gündən qaydasına düşəcək. Təxminən saat 16-dan sonra isə əsas diqqətinizi sağlamlığınıza yönəltməlisiniz.

BUĞA - Gözəl fəslin bu gözəl yarpağında varlanma ehtimalınız böyük olacaq. Odur ki, pulla bağlı nə qədər planlarınız varsa, məhz bu təqvimə təyin edin. Sağlıq durumunuz qismən yaxşılaşacaq.

ƏKİZLƏR - Səhhətinizlə bağlı xırda problemlər olsa da, bu, ümumi işinizə mane olmayacaq. Hətta şəxsi büdcənizi artırmaq üçün də imkan qazanacaqsınız. Riskli və yeni işlərəsə baş qoşmayın.

XƏRÇƏNG - Bu gün sülh günü, barışıq günüdür. Odur ki, mübahisələri münaqişəyə çevirməyin. Ədalətsiz adamlardan ədalət ummayın. Unutmayın ki, insanın oturuşmuş xarakterini dəyişmək mümkün deyil.

ŞİR - Başlıca məsələ maliyyə durumunu yaxşılaşdırmaqdır. Əgər bu istiqamətdə əzmkarlıq nümayiş etdirsəniz, mütləq qazanacaqsınız. Bu gün yersiz risklərdən uzaq olun ki, başınız ağrımasın.

QIZ - Yaxşı olar ki, bu günü bütünlüklə pul məsələlərinə həsr edəsiniz. Mənasız məsrəflərə çox xərc çəkməyin. Çünki qarşıdakı həftədə cərəyan edən proseslər maddi durumunuzdan asılı olacaq.

TƏRƏZİ - Qida rejiminə xüsusi diqqət yetirin. Bu, sağlamlığınızı qorumağın başlıca üsulu ola bilər. Fiziki zəifliyinizi aradan qaldırın. Əgər evdə iştahasız olursunuzsa, qonaq gedin.

ƏQRƏB - Gündəlik fəaliyyətinizdən tutmuş şəxsi işlərinizə qədər hər şey olduqca standartdır. Bu səbəbdən vəziyyətiniz normal olanda da darıxırsınız. Bəlkə belə məhdud çərçivədən çıxasınız?!

OXATAN - Mənfi enerjili Ayın sizin bürcdə qərar tutması əksər sahələrdə, ələlxüsus da qarşılıqlı münasibətlərdə sabitliyi poza bilər. Tələsik qərar çıxarmaq yolverilməzdir. Səhhətinizi qoruyun.

OĞLAQ - Təzadlı bir gün yaşayacaqsınız. Əsəblərinizi tarıma çəkənlər də olacaq, sizə sevinc bəxş edənlər də. İnsanları tanıdığınız üçün müsbət enerjililərə daha yaxın olun. Evə gec getməyin.

SUTÖKƏN - Neçə gündən bəri davam edən daxili gərginlik nahar ərəfəsində səngiyəcək. Amma üzərinizə düşən əsas vəzifə məsuliyyətinizi artırmaq olmalıdır. Axşam qonaqlıqda iştirakınız gözlənilir.

BALIQLAR - Ötən günlərdəki gərgin halınızdan əsər-əlamət qalmayacaq. Rastlaşdığınız adamlar çöhrənizə təbəssüm bəxş edəcək. Dostluqda sədaqət göstərənlərlə əlaqələrinizi daha da dərinləşdirin.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR