• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Astroloji proqnoz - 09 yanvar

  • Qoroskop
  • 9 Yanvar 2015 00:00
  • 1 609 Baxış
Astroloji proqnoz - 09 yanvar

QOÇ - Kifayət qədər uğurlu gündür. Nəzərdə tutduğunuz bütün ədalətli planların reallaşacağı gözlənilir. Qonaq getmək ehtimalınız da var. Amma gərək gecəni öz evinizdə keçirəsiniz.

BUĞA - Günün ilk yarısında mümkün qədər ehtiyatlı olun. Çünki sizə qarşı təxribat hazırlandığı güman olunur. Nahardan sonrakı ərəfəni isə bütünlüklə ailə-sevgi məsələlərinə həsr edin.

ƏKİZLƏR - Yeni simalarla, xoş təsadüflərlə rastlaşma ehtimalınız böyükdür. Hətta bir neçə sürpriz də mümkündür. Saat 19-dan sonra bütün təkliflərdən imtina edin, hətta xeyirli görünsə də.

XƏRÇƏNG - Şəxsi işlərinizdə əsaslı dönüşə başlamaq istəyirsinizsə, bu təqvimdən yararlanın. Təcrübəli adamların məsləhətindən nəticə çıxarın. Həmkarlarınızla səmimi davranın. Sürprizlər gözlənilir.

ŞİR - Təzə xəbərlər yolunuzu gözləyir. Ola bilsin ki, səfərə də çıxasınız. Ümumiyyətlə, bu gün uzaqda yaşayan doğmalarınızla mütləq əlaqə saxlamalısınız. Ədalət prinsiplərindən çıxmayın.

QIZ - Səhər saat 03:57-dən mənfi enerjili Ay bürcünüzdə qərar tutduğu üçün yeni, riskli və ağlınız kəsməyən işlərdən imtina etməlisiniz. Əgər dinimizə riayət etsəniz, uğurlarınız yaxınlaşacaq.

TƏRƏZİ - Yalnız istirahətə aludə olun. Hər hansı fəaliyyət və ya riskli sövdələşmə zərərinizə ola bilər. Özünüzü hər hansı münaqişələrdən qoruyun. Nahardan sonra qonaq getməyə dəyər.

ƏQRƏB - Maraqlı bir gün yaşayacaqsınız. Ətrafınızda olan hər şey ürəyinizcə olacaq. Ulduzlar günün ikinci yarısını gəzinti və əylənəcələrə, qonaqlıqlara həsr etməyinizi tövsiyə edir.

OXATAN – Göy qübbəsi bu təqvimdə bütün külli-ixtiyarı öz əlinizə verəcək. Deməli, proseslərin inkişafı çıxardığınız qərarlardan asılı olacaq. Ədalətli addımlar atın, Tanrı hökmünü unutmayın!

OĞLAQ - Yeni əlaqələrə başlamaq üçün şanslı ərəfədir. Çalışın ki, təşəbbüskarlığı əldən verməyəsiniz. Nahardan sonra aldığınız bütün təkliflərə razılıq verin. Riskdən qorxmayın.

SUTÖKƏN - Sağlamlığınıza zidd işlər görməyiniz ümumi əhvalınızda passivlik yarada bilər. Odur ki, səhhətinizə qarşı diqqətli olun. Yeni planlarınızı bir daha götür-qoy edin. Sədəqə verməkdən çəkinməyin.

BALIQLAR - Fəaliyyət zəminində böyük uğurlara gedən yolu tapacaqsınız. Buna görə də hər şeyi dəfələrlə ölçüb-biçin. Asudə vaxtlarınızı isə xilas mənbəyiniz olan məhəbbətə həsr edin.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR