• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Astroloji proqnoz - 11 iyun

  • Qoroskop
  • 11 İyun 2015 00:06
  • 1 390 Baxış
Astroloji proqnoz - 11 iyun

QOÇ - İxtiyarınızda olan bu təqvimdə üzərinizə düşən başlıca vəzifə ədalətli qərarlar çıxarmaqdır. Baş verən situasiyaları düzgün qiymətləndirin. Yeni qərarlar səmərə verə bilər.

BUĞA - Ümumi çalarlarına görə, uğurlu gün hesab etmək olar. Qarşılıqlı münasibətlərdən tutmuş əməli fəaliyyətə qədər hər şey zövqünüzə uyğun olacaq. Uzaq səfərə çıxmağa, qonaq getməyə dəyər.

ƏKİZLƏR - Bürcünüzün ən aktiv dövrü olduğundan göstərilən müddətdə uğurlu anlarınız çox olacaq. Odur ki, gün ərzində canfəşanlığınızı daha da artırmalısınız. Axşama yaxın sürprizlər mümkündür.

XƏRÇƏNG - Fəaliyyət zəminində uğurlarınız mümkündür. Bunun üçün ilk növbədə işgüzar sövdələşmələrinizin sayını artırmalısınız. Amma səhhətinizi də qorumalı, mübahisədən qaçmalısınız.

ŞİR - Ciddi işlərin həllinə həvəs göstərməyin. Əks təqdirdə sizə mane olanlar tapılacaq. Yaxşı olar ki, əsas diqqətinizi istirahətə yönəldəsiniz. Ürəyiniz istəsə, qonaq getmək də olar.

QIZ - Daxili sıxıntılarınızın xeyli azalacağı gözlənilir. İstənilən prosesdə ədalət prinsiplərindən bəhrələnin. İmkan verməyin ki, sizi aldatsınlar. Sevgidə qətiyyət göstərin.

TƏRƏZİ - Risk etməyə məhkumsunuz. Çünki mövcud ideyalarınızı kerçəkləşdirməkdən ötrü başqa yolunuz qalmayıb. İndi güzəştə getmək yalnız zərərinizə işləyə bilər. Axşam qonaq getmək maraqlı olacaq.

ƏQRƏB - Yeniliklər yolunuzu gözləyir. Rastlaşdığınız insanların əksəriyyəti qayğılarınızı sizə unutduracaq. Zamanı geri qaytarıb səhvinizi düzəltməkdənsə, real hədəflərə doğru irəliləyin.

OXATAN - Bəzi qanqaraçılıqlar gözlənilsə də, səbr nümayiş etdirməlisiniz. Əmin olmadığınız proseslər barədə qəti fikir söyləməyin. Bir sözlə, riskə getmək, mübahisə etmək, səfərə çıxmaq olmaz.

OĞLAQ - Daxili sıxıntılarınızın artacağı mümkündür. Bu isə ətrafınızda olan insanların etibarsızlığından doğacaq. Bir tərəfdən səhhətinizdə, digər tərəfdənsə münasibətlərinizdə problemlər mümkündür.

SUTÖKƏN - Kənardan kömək olmasa, hər hansı nailiyyətə yetişə bilməyəcəksiniz. Ümumiyyətlə, təkbaşına heç bir iş görməməlisiniz. Bu gün yeganə uğurunuz ailə-sevgi münasibətlərində mümkündür.

BALIQLAR - Gərgin situasiyalarla rastlaşma ehtimalınız var. Ələlxüsus da kənar təsirlər əsəblərinizi qabarda bilər. Təmkinli olun. Səfərə çıxmaq istəyirsinizsə, bu planı saat 12-yə qədər reallaşdırın.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR