Rəsmi xronika
DSX və DGK rəhbərliyi Azərbaycan-Rusiya sərhədində
Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyev və Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev "Samur" gömrük-sərhəd buraxılış məntəqəsində mövcud vəziyyətlə tanış olublar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, E.Quliyev və S.Mehdiyev "Samur" gömrük-sərhəd buraxılış məntəqəsində sərnişinlərin və nəqliyyat vasitələrinin sərhədkeçmə vəziyyəti barədə məlumat alıb, dövlət sərhədindən keçən sərnişinlər və yük avtomobillərinin sürücüləri ilə söhbət edərək onların qarşılaşdıqları problemlərlə maraqlanıblar. Dövlət sərhədindən keçən şəxslər, yük avtomobillərinin sürücüləri buraxılış məntəqəsindəki şəraitdən razılıqlarını ifadə ediblər, eləcə də gömrük rəsmiləşdirilməsi ilə əlaqədar problemlərinin olmadığını bildiriblər.
Son illərdə həyata keçirilən islahatlara paralel olaraq "Samur" gömrük-sərhəd buraxılış məntəqəsində tranzit yükdaşımalarının həcminin artması ilə əlaqədar ortaya çıxan məsələlər barədə vəzifəli şəxslərin məruzələri də dinlənilib, mövcud problemlər, həmçinin sərnişinlərin və nəqliyyat vasitələrinin gömrük nəzarəti prosesinə daha az vaxt sərf edilməsi imkanları müzakirə edilib.
Sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova