İlham Əliyev makedoniyalı həmkarını təbrik etdi
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev makedoniyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Makedoniya Prezidenti Gyorge İvanova təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Makedoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Makedoniya əlaqələrinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Makedoniya xalqına sülh və rifah arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm