Rəsmi xronika
Azərbaycan Prezidenti ukraynalı həmkarı ilə görüşdü - - FOTO
Noyabrın 23-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun görüşü olub.
Publika.az xəbər verir ki, bu haqda AZƏRTAC-ın xüsusi müxbiri bildirib.
dövlətimizin başçısı Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana səfərini xatırladaraq, bu səfərdən ötən müddət ərzində müxtəlif istiqamətlər üzrə əməkdaşlığın həyata keçirildiyini və yaxşı nəticələrin əldə olunduğunu qeyd etdi. Ukrayna dövləti başçısının Bakıya səfəri zamanı siyasi, iqtisadi, energetika, nəqliyyat, beynəlxalq təşkilatlarda əməkdaşlıqla bağlı müzakirələrin aparıldığını deyən Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, ticarət dövriyyəsinin artırılması üçün lazımi addımlar atılacaq və bunun üçün yaxşı potensial mövcuddur.
Prezident Petro Poroşenko Prezident İlham Əliyevə Ukrayna-Azərbaycan dostluq münasibətlərinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyevlə Davosda və Bakıda keçirdikləri görüşləri məmnunluqla xatırlayan Prezident Petro Poroşenko həmin görüşlər zamanı əldə edilən razılaşmaların reallaşdırılmasından məmnunluğunu ifadə etdi. O, Azərbaycanın Ukraynaya ixracının artmasını iqtisadi əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi.
Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü