Sağlamlıq
QİÇS-dən bir nəfər də sağaldı
Con Hopkins Universitetinin alimləri qazanılmış immun çatışmazlığı (QİÇS) virusu ilə anadan olmuş uşağın tam müalicəsi ilə bağlı ikinci faktı açıqlayıb. Bu barədə Associated Press universitetin ixtisaslaşdırılmış konfransında açıqlanmış bəyanata istinadən yazır.
Məlumata görə, 2013-cü ilin Aprel ayında Los Ancelesdə anadan olmuş qızı həkimlər həyatının ilk dörd saatında aqressiv antiretrovirus terapiya ilə müalicə ediblər. Yeni doğulmuş körpənin anası QİÇS xəstəsi olub, lakin hamiləlik zamanı heç bir müalicə almayıb.
Aparılan çoxsaylı testlər göstərib ki, uşaq QİÇS-dən sağalıb. Lakin virusun statusunu tam müəyyən etmək mümkün olmadığından qız QİÇS daşıyıcıları üçün nəzərdə tutulan standart müalicə qəbul edir.
QİÇS virusuna yoluxmuş uşağın ilk müalicə faktını da Cons Hopkins Universitetinin alimləri ötən ilin martında açıqlamışdılar. O zamanda da 2010-cu ildə doğulmuş qız ilk 30 saat ərzində standart aqressiv antiretrovirus terapiyası almışdı.
Bakupost.az
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR