Bədəninizi lavanda detoksu ilə təmizləyin
Bizi izləyin

Sağlamlıq

Bədəninizi lavanda detoksu ilə təmizləyin

Türkiyəli diyetoloq Könül Ateşsaçan orqanizmi təmizləmək üçün lavanda detoksunu tövsiyə edir. Publika.az lavanda detoksunun faydalarını təqdim edir:

"Orqanizm ona lazım olan vitamin və mineralları qəbul edə bilməyəndə, bədən zəifləyir. Həmçinin, hərəkətsiz həyat tərzi və oksigen azlığı orqanların öz funksiyasını yerinə yetirməsinə mane olur. Nəticədə bədəndə yığılan toksinlərin miqdarı artır. Bu kimi bir çox səbəbdən də insanlar çox tez yorulur. Odur ki, toksinlərin mənfi təsirindən qorunmaq üçün insanlar mütləq detoks etməlidir.

Diyetoloqun sözlərinə görə, bu məsələdə kişilər qadınlara nisbətən fərqlidir. O, "Kişilər qadınlardan fərqli olaraq daha tez-tez qəzəblənirlər, üstəlik, hisslərini, duyğularını paylaşmırlar. Əzab çəkdiyini etiraf etməkdən çəkinmək, həmçinin, qəzəb kişilərdə qaraciyərə daha çox zərər verir. Kişilərin daha çox zülal tərkibli yeməklərlə qidalanması qaraciyəri daha çox mənfi təsirə məruz qoyur. Bu kimi sağlamlıq problemlərini həll etməyin ən əlverişli yolu detoksdur” - deyə, bildirib.

Bunun üçün lavanda detoksunu tövsiyə edən Könül Ateşsaçan hazırlanma və istifadə qaydasını da qeyd edib:

"Lavanda detoksu çox asan hazırlanır. Bədən yorğunluğunu aradan qaldırmaqda lavanda detoksu olduqca effektlidir. Bunun üçün sizə 1 çay qaşığı lavanda, 5-7 ədəd ənginar yarpağı, 3 ovuc quru hindibağ, sarıkök, 1.5 litr su lazımdır. Bütün ərzaqları bir qaba töküb qaynadın. Soyuduqdan sonra sərin və qaranlıq yerdə saxlayın. Hər həftə yeni detoks suyu hazırlanmalıdır. Hər səhər və axşam yeməkdən 20 dəqiqə əvvəl 1 kiçik stəkan için. Detoks cəmi 2 həftə (15 gün) davam edilməlidir".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm