Azərbaycanıların neçə faizi artıq çəkidən əziyyət çəkir?
Bizi izləyin

Sağlamlıq

Azərbaycanıların neçə faizi artıq çəkidən əziyyət çəkir?

Azərbaycanıların neçə faizi artıq çəkidən əziyyət çəkir?

Azərbaycanda 15 yaşdan yuxarı əhalinin 6.6%-i, 15-19 yaşda olanların 0.2%-i, 20-44 yaş arası əhalinin 3.4%, 45-64 yaş arasında olanların 12.8%-i, 65 yaşdan yuxarı olanların isə 9.6%-i artıq çəkidən əziyyət çəkir. Bu barədə Publika.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitənin 2012-ci rəqəmlərinə əsasən verdiyi məlumatda yaş ardıcıllıqları üzrə bədənin orta çəkisi 67.5, 53.0, 66.6, 72.7, 69.7 kq-dır. Bu göstəricilərin qadın və kişilər üzrə bölgüsünə gəldikdə isə , 15 yaşdan yuxarı kişilərin 2.8, qadınların3.8%-i, 15-19 yaşda olan kişilərin 0.1, qadınların 0.1%-i, 20-44 yaş arası kişilərin 1.5, qadınların 1.9%-i, 45-64 yaş arasındakı kişilərin 5.5, qadınların 7.3%-i, 65 yaşdan yuxarı olan kişilərin 3.4, qadınların 6.2%-i artıq çəkidən əziyyət çəkir. Bədən çəkisinin orta əmsallarına gəldikdə isə, 15-64 yaş arası əhalinin bədən əmsalı 30-dan yuxarı olanlar 6.6-12.8% arasında dəyişir. Bu yaş kateqoriyası üzrə göstərici kişilərdə 5.9-dan 11.5, qadınlarda isə 7.3-dən 13.9 arasında dəyişir. Ümumdünya Səhiyyə Təşkilatının normalarına görə, bədən çəkisinin əmsalı 18-dən azdırsa, bu normadan az, 18.5-25 arasıdırsa, norma, 25-30 arası piylənmə, 30-dan yuxarı isə həddən artıq piylənmədir.

15-64 yaş arasında əhalinin orta boyu isə 167.1-168.5 arasında dəyişir, 65 yaşdan yuxarı olanların orta boyu isə 166.3sm-dir. Bu rəqəmin qadın və kişilər üzrə sistamləşdirsək, kişilərin orta boyu 170.6-172.5sm, qadınlarda isə 163.9-dan 164.9 arasıda dəyişir. Həkimlərin fikrincə, artıq çəki və piylənməyə əsas səbəblər sırasında fast-food qidalanma, hərəkətsiz həyat tərzi, geni dəyişdirilmiş qidalar və hətta antibiotiklərlərdən uzun müddətli istifadə də yer alıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm