İslandiya buna görə bütün dünya dövlətlərini GERİDƏ QOYUR
Bizi izləyin

Sağlamlıq

İslandiya buna görə bütün dünya dövlətlərini GERİDƏ QOYUR

Daun sindromu haqda bugünədək dəfələrlə yazılıb, bütün qaranlıq faktlar elmi izahı ilə sübut edilib. Təəssüf ki, hər il dünyada 47 xromosomla doğulan körpələrin sayı artır. Artıq hər 700 uşaqdan biri daun sindromundan əziyyət çəkir.

Publika.az xəbər verir ki, bu sindrom 1866-cı ildə Con Daun tərəfindən aşkarlanıb. Həmin vaxtdan təxmini iki əsr keçməsinə baxmayaraq, xəstəliyin əlacı tapılmır. Dünya statistikasının son göstəricilərinə görə, hazırda 47 xromosomlu ən az körpə İslandiyada doğulur. Lakin burada da mübahisəli məqam var.

Hesab olunur ki, ölkədə 99 faiz valideyn darama testindən sonra doğulacaq sindromlu körpəsindən imtina edir. Daun övlada sahib olmaq istəməyən gələcək valideynlərin sayı Amerikada 67, Fransada isə 77 fazidir.

İslandiyalı səhiyyə işçiləri bu göstəriciyə belə aydınlıq gətirirlər.

“Hamiləliyin ilk trimestrində aparılan davamlı testlərdən sonra, gələcək körpədə çatışmazlıqlar aşkarlanarsa, bunu onlara neytralşəkildə bildirməyə çalışırıq, aborta əsla yönləndirmirik. Ölkəmizdə xüsusi genetik təmizləmə kimi siyasət aparılmır.Biz insanlığa qarşı deyilik. Çünki özümüz də insanıq. Aborta biz həkimlər deyil, valideynlər özləri qərar verirlər”.

Bugün Avropanın digər ölkələrində daun sindromlu uşaqların doğulmadan məhv edilməsi böyük günah sayılır. İnsanlar hesab edirlər ki, daunu körpəsi olan valideynlər dövlətin həm maddi, həm də mənəvi dəstəyini mütləq hiss etməli və övladlarını gözəl mühitdə böyütməlidirlər.

Araşdırmalar göstərir ki, ananın yaşı nə qədər çox olarsa, körpəsinin sindromlu doğulma şansı bir o qədər yüksələr. Lakin çox vaxt daunun atanın geni ilə bağlı olduğu sübut edilib.

Daun sindromlu uşaqlarla bağlı cəmiyyətdə formalaşmış bir sıra yanlış fikirlər də var. Məsələn, çoxları 47 xromosomlu uşaqların yaddaş zəifliyindən şikayət edirlər. Lakin bu fikir kökündən səhvdir. Daun sindromu ilə doğulan insanlar nəinki qocalıq dövrünədək yaşaya, hətta oxuyub, iş sahibi ola bilirlər. Bunun üçün lap kiçik yaşdan onlarla xüsusi dərslər, məşğələlər aparılmalıdır.

Bir faktı da nəzərə almaq lazımdır ki, hamiləlik zamanı gerçəkləşdirilən heç bir test 100 faiz doğru nəticə demək deyil.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm