Sağlamlıq
Universitetdə daha bir əməliyyat
ATU-nun Tədris Terapevtik Klinikasının həkimləri Azərbaycanda ilk dəfə kəskin insult xəstəsində beyin damarında tromb əməliyyatını uğurla icra ediblər.
Publika.az-ın məlumata görə, 36 yaşlı qadın xəstə Universitetin Tədris Terapevtik Klinikasına müraciət edərkən 3 saat ərzində sol qol və ayağını hərəkət etdirə bilmirmiş. Xəstənin nevroloji dəyərləndirməsi zamanı həkimlər beyinin sağ tərəfində ciddi insultdan şübhələniblər. Sonradan tomoqrafiya zamanı bu diaqnoz təsdiqlənib. Məlum olub ki, sağ daxili yuxu arteriyası 100 faiz tromblaşıb.
ATU-nun həkimləri tərəfindən ilk dəfə olaraq beyin damarlarında trombun çıxarılması (Trombektomiya) əməliyyatı uğurla həyata keçirilib. Saat yarım davam edən əməliyyat kardioloq-artitmoloq, dosent Fərid Əliyev və invaziv-radioloq Ağakişi Yəhyayev tərəfindən icra olunub. Xəstə artıq reanimasiya şöbəsindən çıxarılıb.
Dosent Fərid Əliyev hazırda xəstənin vəziyyətinin stabil olduğunu bildirir. Onun sözlərinə görə, belə xəstəliklər zamanı ölüm ehtimalı çox yüksəkdir: “Çünki beyin yarımkürəsi tam insult idi. Amma biz insultun, ətrafdakı toxumaların ölümünün qarşısını ala bilmişik. Cavan xəstələr insultu daha pis keçirir. Çünki gənc insanlarda qan dövranı ani ortaya çıxan tıxanmaya cavab verə bilmir. Lakin xəstənin vəziyyətində hazırda pisləşmə yoxdur. Artıq sol ayaqda güc tonusu bərpa olmağa başlayır. Xəstənin vəziyyəti tmsabitləşəndən sonra insultun ortaya çıxaran səbəblər araşdırılacaq”.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR