Sağlamlıq
DİQQƏT! Linza taxıb kompüterdə işləmək kor edir
Müasir zamanda kompüterdən nə böyüklər
yan keçə bilir, nə də uşaqlar. Kompüterdə işləyərkən isə ən çox
gözlər əziyyət çəkir. İnformasiyanı nəzərdən keçirir, mətn oxuyur,
video və şəkillərə baxır. Bütün bunları edərkən linza taxmaq və hər
gün linza ilə işə getmək görmə qabiliyyətinə öldürücü zərbəni
vurur. Lakin bəzi məsləhətlərə əməl etməklə, ziyanı minimuma
endirmək olar.
Oftalmoloq Rübabə
Vəliyevanın sözlərinə görə, linzaların
eynəklərə nisbətən bir sıra üstünlükləri var. Belə ki, insanın
xarici görünüşünü gözəl göstərir, soyuq yerdən isti yerə daxil
olduqda şüşələri tərləmir, yıxıldıqda kəsilib insanı zədələmir.
Rəngli linzalarla həm də insanın görünüşünü dəyişmək, istədiyin göz
rənginə sahib olmaq olur. Bu səbəbdən də linzalara üstünük
verənlərin sayı günü-gündən artır. Lakin əksəriyyət gözündə linza
ilə kompüterdə işlədikdə özünü narahat hiss edir. Həmsöhbətimizə
görə, bu, ona görə baş verir ki, göz bəbəyi linza ilə birbaşa
əlaqəli olur. "Linza ilə kompüterdə işlədikdə nəzərə çarpacaq qədər
gözlərdə quruluq, yanma və ağrı olur".
Həkim kompüterdə işləyərkən linza taxmağı məsləhət
görmür: "Optik linzalara ehtiyac duyursunuzsa, kompüterdə
işləyərkən optik eynəklərdən istifadə edə bilərsiniz. Gözləri
qorumaq üçün kompüter üçün xüsusi eynəklərdən də istifadə etmək
olar. Əgər kompüterdə işləyərkən də linza taxmaq istəyirsinizsə,
bəzi təhlükəsizlik tədbirlərini əvvəlcədən görməlisiniz. İlk
növbədə oftalmoloqla məsləhətləşmək lazımdır. Həkim hər kəsin
gözünə uyğun linzanı seçməyə kömək edəcək. Oftalmoloq həm də
kompüterdə işləyərkən az zərəri olan linzalar seçməkdə məsləhət
verməlidir".
Müsahibimiz bildirib ki, linza taxıb kompüterdə
işlədikdə otaqda ventilyator və ya kondisioner işləməməlidir: "Bu
cür qurğular işləyən zaman gözün selikli qişasının suyu buxarlanır.
Gözdə quruluq yarananda gözlər ağrımağa başlayır. Əgər otaq çox
istidir və ventilyatorsuz mümkün deyilsə, ventilyatoru elə
quraşdırmaq lazımdır ki, hava axını sizdən əks tərəfə doğru hərəkət
etsin".
Kompüterlə işlədiyiniz müddət ərzində gözlərinizdə
narahatlıq keçmirsə, xüsusilə də, gözlər qızarır və ya quruyursa,
gözlər üçün damcılardan istifadə etmək olar. Satışda bu cür
damcıların müxtəlif çeşidləri var. Onların bəziləri bitki
mənşəlidir və gözlərdəki yorğunluğu qısa müddət ərzində götürür.
Göz üçün damcı almazdan əvvəl mütləq oftalmoloqla məsləhətləşmək
lazımdır. Ona görə ki, hər göz üçün damcını linza taxtıqda istifadə
etmək olmaz. Elə göz damcıları var ki, onlar linzadan istifadə
etdiyiniz üçün görmə qabiliyyətinə əksinə mənfi təsir
göstərər.
Vəliyevanın sözlərinə görə, gözlər linzadan
yorulur və yanmağa başlayırsa, göz bəbəklərini asta massaj etmək
lazımdır. Bunun üçün orta barmağı yüngülcə göz qapağında dairəvi
hərəkət etdirin: "Ən əsası isə linza taxıb günün çox hissəsini
kompüter arxasında keçirəcəksinizsə, linza aldıqda qənaət etməyə
çalışmayın. Bahalı və keyfiyyətli linzlara üstünlük verin. Ucuz
linzaları isə müvəqqəti, harasa qonaqlığa və ya dincəlməyə getmək
üçün taxa bilərsiniz".
Oftalmoloq qeyd edib ki, linza ilə kompüterdə
işləyərkən monitorun parlaqlığını azaltmaq lazımdır: "Gözlərdə
narahatlıq çoxalmasın deyə kompüteri pəncərə ilə üzbəüz qoymaq
olmaz. Belə ki, kompüterin parlaqlığı ilə pəncərədən gələn işıq
görüntüyə rahat baxmağa imkan vermir. Kompüterdə işləyərkən gözləri
quruluq yaranmasın deyə tez-tez qırpmaq lazımdır. Ekran gözlərlə
paralel olmalı və hər 20 dəqiqədən bir istirahət etmək
lazımdır".
Həkim onu da əlavə edib ki, linza taxmaq və uzun
müddət fasiləsiz linza ilə kompüter arxasında işləmək korluğa
gətirib çıxarır: "Linzaları gün ərzində 8 saatdan çox taxmaq olmaz.
Amma çoxları bu məsləhətə əməl etmir, linzanı bütün günü taxır,
yatanda və kompüterdə işləyəndə belə çıxarmır. Uzun müddət linzadan
istifadə isə oksigen azlığına gətirib çıxarır. Belə ki, gözün
buynuz qişası oksigeni havadan deyil, qandan alır. Bu problem hiss
olunmur. Yalnız, həkim müayinə etdiyi zaman aşkar edə bilər. Buynuz
qişada oksigen çatışmırsa, orqanizm bununla müstəqil mübarizə
aparmağa çalışır. Buynuz qişada qan damarları yaranır. Nəticədə
buynuz qişa şəffaflığını itirir və insan görmə qabiliyyəti
çətinləşir və tam itə bilər. Ümumiyyətlə, kompüterdə işləmək üçün
oksigen keçirən və suyu çox olan linzalar taxmaq lazımdır. Bu növ
keyfiyyətli linzalar kompüterdə zərəri minimuma endirir".
(ekspress.az)
Oxumağa davam et
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"