Sağlamlıq
Abortların sayı hansı bölgədə daha yüksəkdir?
Azərbaycanda hamiləliklərin yarıdan çoxu diri doğuşla (52.7%) başa çatır. Bu 2006-cı ildəki müvafiq göstəricidən (45.5%) bir qədər yuxarıdır.
Hamiləlik zamanı itkilərin əksəriyyəti abortlar (40.9%), daha sonra uşaqsalma (6%) və ölü doğuş (0.4%) nəticəsində baş verib. Hamiləlik itkilərində süni abortların payı 2006-cı ildəki 48.9-dan 40.9 %-dək azalıb.
Publika.Az-ın verdiyi xəbərə görə, bu barədə Səhiyyə Nazirliyi tərəfindən 2011-ci il “Demoqrafiya və Sağlamlıq”sorğusunun nəticələrinə həsr olunmuş sorğuda qeyd edilib.
Sorğuda həmçinin qeyd olunur ki, 20 yaşadək respondentlər arasında hamiləliklərin 8.7 %, 20-24 yaşlı qadınlar arasında hamiləliklərin 21.4%-i, 25-34 yaş arası qadınlarda isə 44.3%-i və 35-44 yaşlı qadınlarda hamiləliklərin ¾ (73.4%) abortla başa çatıb.
İqtisadi rayonlar arasında hamiləliklərin nəticəsi ilə bağlı əhəmiyyətli fərqlər nəzərə çarpır. Süni abortla nəticələnən hamilərin payı Dağlıq Şirvanda 27.1%-ə, Yuxarı Qarabağda isə 45%-ə qədər yüksəlir. Ümumilikdə reprodukti yaşlı qadınların üçdə birindən çoxu (34.5%)ən azı bir dəfə abort edib. 2006-cı illə müqayisədə abortlarda 37.9%-dən 34.5%dək azalma olub.
Gülxar
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi