Ebolaya qarşı yeni klinik müalicə üsullarının tətbiqinə başlanıb
Bizi izləyin

Sağlamlıq

Ebolaya qarşı yeni klinik müalicə üsullarının tətbiqinə başlanıb

Beynəlxalq “Sərhədsiz Həkimlər” təşkilatı (MSF) Qərbi Afrikanın 3 tibbi mərkəzində Ebolaya yoluxmuş xəstələrin yeni klinik müalicə üsullarının tətbiqinə başlayıb.

Publika.az xəbər verir ki, Ümümdünya Səhiyyə Təşkilatının tövsiyyə etdiyi iki yeni preparat sınaqdan keçiriləcək. Əsas məqsəd ölümcül virusla xəstəliyin ən təhlükəli ilk 14 günündə mübarizə aparmaqdar.

MSF nümayəndəsi deyib ki, yeni dərman və müalicə üsulları ilə bağlı sınaqlar Britaniya, Fransa və Belçika tədqiqatçıları ilə birlikdə keçirilir. Qvineayadakı Qekedu şəhərinin tibbi mərkəzində Fransa həkimləri "Favipiravir" dərmanını sınaqdan keçirəcəklər. Paytaxt Konakridə isə Hollandiya mütəxəssisləri qan və plazmanın köçürülməsi ilə bağlı müalicə üsullarının səmərəliyini yoxlayacaqlar. Eyni zamanda Britaniyanın Wellcome Trust təşkilatının təqiqatçıları "Bribcidofovir" preparatının effektivliyini nəzərdən keçirməlidirlər.

Qeyd edək ki, Ebolaya yoluxanların sayı 14 mini aşıb və qızdırmadan 5160 adam ölüb.

Virus ən çox Liberiya, Qvineya və Syerra-Leonedə yayılıb. Çərşənbə günü Qvineya ilə qonşu Malidə virusdan 3 nəfər ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm