Ebola İtaliyaya da gəldi: Həkim virusa yoluxdu
Bizi izləyin

Sağlamlıq

Ebola İtaliyaya da gəldi: Həkim virusa yoluxdu

Qərbi Afrika ölkəsi Sierra Leonedə daha bir həkim Ebola virusuna yoluxub.

Publika.az-ı məlumatına görə, həkimin İtaliyan olduğu bildirilir. Məlumata görə, həkim İtaliya Hava Qüvvələrinə aid təyyarə ilə bioloji təhlükələrə qarşı təchiz olunmuş kabinədə Romaya gətirilib. Lazzaro Spallanzani Klinikasına yerləşdirilən xəstənin adı açıqlanmır. Sadəcə onun 50 yaşında və Sicilyadan olduğu bildirilib.

Xəstəxanadan həkimin vəziyyətinin stabil olduğu və müalicədə ABŞ və Avropada bu epidemiyaya qarşı sınaqdan keçirilmiş dərmanlardan istifadə olunacağı qeyd edilib.

Qeyd edək ki, Qərbi Afrikada Ebola epidemiyasından 5.459 adam həlak olub. 588 səhiyyə işçisi virusa yoluxub. Onlardan 337 nəfəri vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm