Sağlamlıq
Ucuz inkubasiya texnologiyası körpeleri xilas edə bilər
Həkimlər deyir ki, inkişaf etməkdə olan ölkələrdə, əsasən də qaçqın düşərgələrində hamilə qadınların çoxu vaxtından əvvəl doğur. Səbəb isə zəif qidalanma və pis yaşayış şərtləri olur. Vaxtından əvvəl doğum dünyada körpə ölümünün başlıca səbəbidir. Belə ki, kiçik körpələr ağ ciyərlərinin tam formalaşmasından əvvəl dünyaya gəlirlər. Onlar infeksiyalara daha həssas olurlar. Ancaq onlar ilıq, nəzarət olunan inkubatorlara yerləşdirilərək formalaşmalarına imkan yaransa, həyatda qalmaları mümkün olur. Lakin 50 min dollara başa gələn inkubatorun hətta bir çox xəstəxanalarda tapılması imkansızdır. Britaniyadan olan 23 yaşlı mühəndis tələbə Ceyms Roberts deyir ki, onun icad etdiyi 400 dollar dəyərind şişmə inkubator bu problemin həllinə çarə ola bilər. Ceyms Roberts: "Bu, havadan təcrid edilmiş sadə bir cihazdir, beləliklə bu cüt və tək şüşə arasındakı fərqə oxşayır. Onun içində sabit istilik temperaturunu qorumaq olar." Şişiriləbilən inkubator qatlana bilir və bu vəziyyətdə adi səyahət çantasına oxşayır. O adi elektrik naqili ilə işləyir. Ancaq Robert deyir ki, o elektrik kəsintilərinin yaşana biləcəyi qaçqın düşərgələri kimi yerlər üçün də çarə tapıb. Ceyms Roberts: "Nəyə görə də avtomobil batareyalarından istifadə etməyək? O qədər avtomobil var və onlar hər zaman istifadə ediləbilər. Beləliklə sən bunu avtomobil batareyasına qoşa bilərsən. Cihaz 24 saat işləyəcək və elektrik bərpa zaman batareya dolacaq və inkubator işləməyə başlayacaq." Robert bu ilin əvvəlində inkubator ixtirasına görə 47 min dollar Ceyms Dayson mükafatına layiq görülüb. O deyir ki, lahiyə hələ də inkişaf mərhələsindədir və mükafatdan əldə etdiyi pulla öz şirkətini quraraq inkubatorların kütləvi istehsalına başlamağı planlaşdırır. |
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR