Qadınlar üçün prezervativ - EKSKLÜZİV
Bizi izləyin

Sağlamlıq

Qadınlar üçün prezervativ - EKSKLÜZİV

Kişilərin istifadə etdiyi kondomdan (prezervativ) başqa Amerika və Avropada bir neçə ildən bəri istehlak olunan qadın prezervativi də var imiş. Bu məhsul artıq yavaş-yavaş Türkiyədə də yayılmağa başlayıb.


Kişi prezervativi 100 illərdən bəri bilinən və “lateks” adlanan maddənin, “nonoksinol-9” adlı spermisit “sperma öldürən” maddənin də əlavə edilməsiylə öz təkamülünü tamamlayıb. Lakin həqiqət budur ki, kişilərin böyük qismi prezervativdən istifadə etməyi sevmir. Ya taxmaq çətin gəlir, ya da əlaqənin “səviyyəsini endirdiyini” iddia edirlər. Bu kimi vəziyyətlərdə cinsi yolla yoluxulan xəstəliklərdən və hamiləlikdən qorunma fürsəti qadının əlindən alınmış olur.

Qadın prezervativi 17 sm. uzunluğunda, yumşaq və incə poliüretan təbəqəsindən hazırlanmış, vaginanın içini bütövlükdə örtən, bir tərəfi bağlı silindir bir örtükdü. Poliüretan xüsusiyyəti səbəbiylə vaginanın içinə yerləşdirildiyində qısa zamanda vagina divarlarına sıx bir şəkildə yapışır və bədən temperaturu ilə uyğunlaşır. Örtüyün açıq olan ucunun ətrafını əhatə edən və bir tərəfi də qapalı olan ucun içində sərbəst bükülə bilən iki halqası var. Qapalı olan qismdəki halqa serviksi (rəhm ağzını) əhatə edir, açıq ucdakı halqa qadını xarici genital sistemində qalır.

Beləcə, xarici genital qismin ən ucunda bütün vaginanın iç səthini əhatə edən, yuxarı doğru uzanan prezervativ, serviksi də tamamilə örtərək, cinsi yolla yoluxulan xəstəliklərdən və spermadan maksimum qorumanı təmin edir. Xüsusilə xarici genital qismin də “örtülmüş” olması HPV-yə (genital ziyil xəstəliyi yaradan virus) qarşı qorunmada qadın üçün vacib avantaj kimi görülür.

Bütün qadın prezervativləri birdəfəlik istifadə üçün nəzərdə tutulub, standart ölçüdə istehsal edilir və sürüşən maddə olaraq silikondan istifadə edilir.

Qadın bu prezervativi əlaqədən saatlar əvvəl (istehsal edən firmaya görə 8 saat əvvəldən) taxa bilər.
Poliüretan quruluş olaraq kişi prezervativinin əsas maddəsi olan lateksdən demək olar ki, iki qat daha qalın və laboratoriya təcrübələrində viruslara qarşı qorumada daha zəif maddədir.
İstifadə təhlükəsizliyinə nəzər salsaq, nəticələr hamilə qalma ehtimalının xüsusilə ilk istifadədə kişi prezervativindəkindən daha yüksək olduğunu göstərir. Lakin istifadə təcrübəsi artdıqca bu prezervativ növünün də demək olar ki, kişi prezervativi qədər qoruyucu olması lazımdır.

Üstünlükləri

Ən vacib üstünlüyü cinsi yolla yoluxulan xəstəliklərdən qorunma inisiyativinin qadın kontrolunda olmasıdır.
Kişidə olan AİDS virusunun cinsi əlaqəylə qadını yoluxdurma ehtimalının qadının kişini yoluxdura bilmək ehtimalından 15 dəfə daha yüksəkliyini və qadınlarda AİDS-in artdığını da nəzərə alsaq, bunun nə qədər vacib üstünlük olduğunu daha yaxşı anlayarıq.

Poliüretandan hazırlanmış olması, kişi prezervativlərində olan lateks maddəsində allergiyasə olan qadınlar (və kişilər) üçün vacib avantaj hesab olunur.

İstehsal edən firma qadının bu prezervativi aybaşı günlərində istifadə edə biləcəyini iddia edir.
Bundan əlavə yenə istehsal edən firmanın broşurasında olan məlumata görə qadın prezervativi “əlaqə keyfiyyətinə” çox az təsir edir.

Firma bu przervativi qadının saatlar əvvəldən taxa bilməsinin böyük bir üstünlük olduğunu vurğulayır. Bu sayədə kişi prezervativində olduğu kimi prezervativi taxmaq üçün əlaqəni bölməyə ehtiyac qalmır. Bunun xüsusilə yaşlı kişilər üçün vacib avantaj olduğunu deyirlər. Çünki yaş artdıqca ereksiya müddəti artır və ereksiya baş verəndən sonra yaşlı kişilərin “diqqətini başqa bir nöqtəyə fokuslaması” bu prosesə mənfi təsir edir.

Kişi prezervativlərinə görə dezavantajları

Ən böyük dezavantajı qadının prezervativi taxmaqda çətinlik çəkməsidir. Bu prezervativdən istifadə etmək üçün qadının öz anatomiyasını yaxşı bilməsi lazımdı. Doğru yerləşdirmə üçün də təcrübə lazımdır. Digər bir dezavantajı da qiymətinin kişi prezervativinə nisbətən daha bahalı olmasıdı.

Bu dezavantajlar səbəbiylə qadın prezervativi kişi prezervativi kimi geniş kütlələrə yayıla bilən qoruyucu vasitə hesab olunmur.

Hazırladı: Sahilə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm