• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Günəbaxan tumu şəkər xəstəliyinin qarşısını alır?

Günəbaxan tumu şəkər xəstəliyinin qarşısını alır?

Mütəmadi olaraq günəbaxan tumu yemək şəkər xəstəliyindən xilas yolu ola bilər. Publika.az xəbər verir ki, alimlər belə qənaətə gəlib ki, ağ rəngli günəbaxan tumu bu xəstəliyin çarəsidir.

Şəkər xəstələri dadsız-duzsuz pəhriz xörəkləri yeməkdən bezirlər. Bu sıxıcı pəhrizi dadlı və faydalı günəbaxan tumuyla rəngləndirmək olar. Unutmayın ki, şəkər xəstələri vitaminlər, antioksidantlarla dolu qidalar qəbul etməlidirlər. Belə faydalı qidalardan biri də günəbaxan tumudur.

Publika.az şəkər xəstələri üçün əsl şəfa mənbəyi olduğu deyilən günəbaxan tumunun faydalarını təqdim edir:

Hər şəkər xəstəsinin öz dietası olur. Bu pəhriz formasını həkim müəyyənləşdirir. Ancaq ümumilikdə götürdükdə, gündəlik kalori ehtiyacı aşağıdakı kimi müəyyənləşdirirlir:

- Gündəlik kalorinin 25-35 faizi yağlardan təmin edilməlidir. Təbii ki, burada doymamış yağlar nəzərdə tutulur. Çünki doymamış yağ ən faydalı yağ tipidir.

- Karbohidratlar gündəlik qəbul edilən kalorinin 45-65 fazini təşkil etməlidir.

- Zülal isə gündəlik kalorinin 12-20 faizi qədərində olmalıdır.

- Liflə zəngin qidalar daha az kalori ehtiva edirlər. Qəbizlik kimi həzm sistemi problemləriylə üzləşməmək üçün lifli qidalar qəbul edilməlidir. Belə qidalar qan şəkərini tənzimləyir, kökəlməyə qoymur və şəkər xəstəliyinə yaxalanma riskini azaldır. Şəkər xəstələrinin isə ümumi vəziyyətini yaxşılaşdırır. Ona görə də günəbaxan tumu bütün şəkər xəstələrinin qida rasionuna daxil edilməlidir. Təbii ki, lif ehtiyacı, əsasən, meyvə və tərəvəzlərdən təmin edilməlidir. Ancaq günəbaxan tumu da kifayət qədər lif ehtiva edir.

Günəbaxan tumu orqanizm üçün ən əhəmiyyətli vitaminlər və minerallarla doludur. Bu çərəz çoxlu doymamış yağ, mis, E vitamini, maqnezium və civə mənbəyidir. Günəbaxan tumunun 28 qramında təxminən 4 qram lif və 6 qram zülal olur.

Araşdırmaçılar günəbaxan tumunun tərkibindəki doymamış yağların şəkər xəstəliyi ilə daha fəal mübarizə apardığını iddia edirlər.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR