Niyə həftədə 4 dəfə yumurta yemək lazımdır?
Bizi izləyin

Sağlamlıq

Niyə həftədə 4 dəfə yumurta yemək lazımdır?

Alimlər iki gündən bir 1 ədəd yumurta yeyən insanların şəkər xəstəliyinə yaxalanma riskinin azaldığını iddia ediblər.

Publika.az xəbər verir ki, skandinaviyalı alimlərin apardıqları araşdırmanın nəticələri “Daily Mail”də yayımlanıb.

Araşdırma yumurta, pendir və qatıq kimi qidaların şəkər xəstəliyi riskini 2 dəfə azaltdığını sübut edib.

Araşdırmada 42-60 yaş arasında olan 2332 nəfər iştirak edib. Həftədə 4 dəfə yumurta yeyənlərdə qan şəkəri səviyyəsi də aşağı düşür.

Qeyd edək ki, həkimlər yumurtanı suda bişirməyi tövsiyə edirlər. Bu zaman onun tərkibindəki vitamin və minerallar itmir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm