Kök insanların bu xəstəliyə yaxalanma riski azdır
Bizi izləyin

Sağlamlıq

Kök insanların bu xəstəliyə yaxalanma riski azdır

Yeni araşdırma çox maraqlı bir faktın üstünü açıb. Məlum olub ki, kök insanların beyni daha gec yaşlanır və onların alzeymerə yaxalanma riski arıqlara nisbətən 18 dəfə daha azdır.

İngiltərədə aparılan araşdırmada 55 yaşı olan 2 milyon insan iştirak edib.

Onların hər birinin son 20 ildəki qidalanma və yuxu rejimləri, tibbi problemləri, qəbul etdikləri dərmanlar və s. nəzərə alınıb.

Nəticə göstərib ki, kök insanlar arıqlarla müqayisədə daha şanslıdırlar. Çünki arıq insanların alzeymerə yaxalanmaq riski köklərdən 18 dəfə daha çoxdur.

Mütəxəssislər bunun səbəbini D və E vitmaninlərində görürlər.

Bu vitaminlərin çatışmazlığı beynin daha tez yaşlanmasına səbəb olur.

Kök insanlarda həmin vitaminlərin çatışmazlığı çox nadir hallarda rast gəlinən problemdir.

Ona görə də, beyinlə bağlı problemlər arıq insanlarda daha çox müşahidə edilir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm