Göz xəstəliklərinə yaxşı təsir edən ən faydalı meyvə
Bizi izləyin

Sağlamlıq

Göz xəstəliklərinə yaxşı təsir edən ən faydalı meyvə

İrəliləyən yaşlarda şəkər və digər xəstəliklərdən dolayı gözdə bir sıra problemlər yaranır. Məsələn, göz təzyiqi ilə bağlı olaraq görmə qabiliyyəti zəifləyir.

Publika.az xəbər verir ki, türkiyəli mütəxəssislər bu problemi aradan qaldırmaq üçün qaragilə meyvəsini məsləhət görürlər.

Çox yaxşı antioksidant olan qaragilə həm qan şəkərini aşağı salır, həm də qan dövranı sistemini yaxşılaşdırır.

Təbiəti və bitkiləri araşdıran türkiyəli mütəxəssis Mustafa Eraslan qaragilə çayının çox faydalı olduğunu bildirib: "Xüsusilə diabet və ürək damar xəstələrinə bu meyvədən istehlak etmələrini və ya bu meyvədən hazırlanan çayı içməyi tövsiyə edirəm".

Mustafa Eraslan hər cür göz problemlərinə, xüsusən göz təzyiqinə bağlı olaraq yaranan katarakta, diabetik retinopati və ya irəliləyən yaşa bağlı yaranan göz xəstəliklərinin qarşısının alınması üçün bu meyvənin çayının çox faydalı olduğunu deyib. Onun sözlərinə görə, II Dünya müharibəsi zamanı ingilis təyyarəçiləri görmə qabiliyyətini yaxşılaşdırmaq üçün bu meyvədən yeyib.

Qaragilə çayının resepti:

2 qram üyüdülmüş və ya əzilmiş qaragilə meyvəsi və yarpaqları 1 stəkan qaynamış suya əlavə edilir, ağzı qapalı 15 dəqiqə saxlanıldıqdan sonra içilir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm