Dırnaqlarınız qırılırsa...
Bizi izləyin

Sağlamlıq

Dırnaqlarınız qırılırsa...

Əgər dırnaqlarınız soyulur və tez-tez qırılırsa, Publika.az-ın təqdim etdiyi bu yazını mütləq oxuyun.

Dırnaqların soyulmasının bir çox səbəbi ola bilər. Stress, sağlamlığa zərər verən pəhriz proqramı, tiroid vəzi ilə bağlı problemlər, hətta əlləri uzun müddət suyun altında saxlamaq belə dırnaqlara zərər verə bilər.

Əgər gün ərzində kifayət qədər kalsium almırsınızsa, dırnaqlarınız zəifləyib soyula bilər. Süd içərək, qatıq, pendir, ispanaq yeyərək bu problemi həll edə bilərsiniz. Bir müddət nanə çayı və qəhvə içməyin. Çünki bunlar kalsiumun bədən tərəfindən əmilməsinin qarşısını alır. A, B və D vitaminləri də dırnaq sağlamlığı üçün önəmlidir.

Dırnaqların soyulmasının digər səbəbi kifayət qədər maye qəbul etməmək ola bilər. Meyvə və tərəvəz şirələri, xüsusilə də, pomidor şirəsi için. Gündə bir- iki dəfə dırnaqlara nəmləndirici və gücləndirici vasitələr çəkin.

Daha gözəl dırnaqlara sahib olmaq üçün etdirdiyiniz bir sıra müdaxilələr dırnaq sağlamlığına zərər verə bilər. Məsələn, süni dırnaq taxmaq, keyfiyyətsiz dırnaq boyası çəkmək, dırnağı asetonla təmizləmək dırnaqların saralmasına və qırılmasına gətirib çıxarır.

Dırnaqlara mənfi təsir edən pis vərdişlərdən biri də ev təmizləyərkən, paltar və ya qab yuyarkən əlcəkdən istifadə etməməkdir. Uzun müddət su ilə və kimyəvi məhsullarla təmas dırnaqların soyulmasına səbəb olur.

Stress və yuxusuzluq da dırnaq problemlərinə səbəb ola bilər. Stressi azaldan qidalar yeyin, yuxusuzluğu aradan qaldıran bitki çayları için.

Dırnaqları möhkəmləndirən bir neçə təbii üsul

  • Dırnaqlarınızı möhkəmləndirmək üçün su və alma sirkəsini qarışdırın, barmaqlarınızın uclarını həmin suyun içərisində 3 dəqiqə saxlayın. Bunu həftədə iki dəfə tətbiq edin.
  • Pambığı zeytun yağına batırıb onunla dırnaqlarınızı masaj edin.
  • 2 xörək qaşığı zeytun yağı, 1 xörək qaşığı bal, biraz duz və 1 yumurtanın sarısını qarışdırın. Bu maskanı dırnaqlarınıza çəkin. 20 dəqiqə sonra əllərinizi ilıq su ilə yuyun. Bunu həftədə 3 dəfə təkrarlayın.
  • Yatmazdan öncə bir qaba zeytun yağı töküb dırnaqlarınızı onun içərisində bir neçə dəqiqə saxlayın.
  • Şirin badam yağı da dırnaqları gücləndirən vasitələrdəndir. Şirin badam yağını həm dırnaqlara, həm də dırnaq kənarlarındakı ətlərə çəkib masaj edin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm