• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Kürəyi və qaməti düzləşdirən məşqlər - FOTOLAR

Kürəyi və qaməti düzləşdirən məşqlər - FOTOLAR

Kürəyin sağlam olması üçün hər gün müəyyən təlimləri yerinə yetirməlisiniz. Bunun üçün çox vaxt da tələb olunmur. Cəmi 7 dəqiqə və 7 yüngül çalışma qaməti düzləşdirir, insana mötəbər görkəm verir. Ən əsası, səhhətiniz yaxşılaşır.

Əgər siz oturaq həyat tərzi yaşayırsınızsa, bu təlimlər onurğa sütununda yaranan ağrıların əsl xilaskarı olacaq. Belə ki, həmin təlimlər əzələləri möhkəmləndirir, onurğada sızıldayan ağrıları sakitləşdirir. Bel sütun kimi bütün yükə dözmək iqtidarında olur. Odur ki, bir dəqiqə itirmədən dərslərə qoşulun!

Publika.az-ın sağlamlıq bölməsi onurğanı düzləşdirən məşqləri təqdim edir:

1. Yerə uzanmış vəziyyətdə ayağı qaldıraraq 30 saniyə ərzində onu dik tut. Eyni hərəkəti digər ayaqla təkrar et.

2. Yerə uzanıb bir ayağınızı dizdən qatlayın. Dizinizi sinənizin bərabərinə doğru çəkin, ayağı 20 saniyə gərgin vəziyyətdə saxlayın. Eyni hərəkəti digər ayaqla təkrar edin.

3. Bu hərəkət beldəki ağrılar üçün lazımdır. Şəkildəki mövqedə 20 saniyə qalın. Eyni hərəkəti digər ayaqla təkrar edin. Bu hərəkətin sayı elə də çox deyil. 5-6 dəfə etmək kifayətdir.

4. Yerə düz uzanın. Bir ayağınızı digərinə keçirib altdan əlinizlə tutun. Bu vəziyyətdə 30 saniyə dayanın. Hərəkəti digər ayaqla təkrar edin.

5. Diz çökürmüş kimi bir dizinizi yerə qoyun, kürək əzələlərini düz saxlayın. Bu mövqedə 30 saniyə qalın. Bu hərəkəti digər ayaqla təkrar edin.

6. Böyrü üstə uzanıb, bir ayağınızı qatlayın. Sonra ayağınızı arxadan əlinizlə çəkin. 20 saniyə bu vəziyyətdə ləngiyin. Eyni hərəkəti o biri ayaqla da təkrar edin.

7. Əllərinizi divara dayayaraq dabanlarınızın üstündə 30 saniyə qalın.

Daha sonra ikinci şəkildəki hərəkəti təkrar edin.

Sağlam həyat tərzi belinizdən asılıdır. Odur ki, dik deyilsinizsə, təqdim etdiyimiz yüngül təlimləri hər gün yerinə yetirməyə çalışın! Çünki güclü kürək əzələləri özünüzü daha gümrah hiss etdirəcək.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR