Şəkəri unutduran 13 üsul və ya arıqlamağın yolları
Bizi izləyin

Sağlamlıq

Şəkəri unutduran 13 üsul və ya arıqlamağın yolları

Şəkərə elə aludə olmuşuq ki, ondan gündəlik nə qədər istifadə etdiyimizi, özümüzə nə qədər zərər verdiyimizi hiss etmirik. Özümüzü çay yanında peçenye, qəhvə ilə şokolad, dondurma, kompot, kvas və s. kimi şirniyyatlara öyrəşdirdikdən sonra artıq şirniyyat olmadan yaşamaq olmur. Əgər sən də öz həyatını şəkərsiz təsəvvür edə bilmirsənsə, o zaman öz dəyərini bilmək vaxtıdır. Bu məqalədə biz "şirin ölümün" zərərləri haqqında danışacağıq. Publika.az-ın sağlamlıq bölməsi həmçinin şəkərdən qurtulmağın yollarını izah edəcək.

Mütləq oxuyun, darıxdırıcı olmayacaq!

Şəkər nəyə zərərlidir?

Kariyes yaradır;

İmmun sistemini zəiflədir;

Diabet, xərçəng və ürək xəstəliklərinin yaranma riskini artırır;

Qocalma prosesini sürətləndirir;

Bir kurasan doyma hissi vermir və ya şokolad yedikdən sonra daha da yemək istəyirsən. Bu isə özü ilə birlikdə təkcə artıq çəki problemləri deyil, həm də mədə xəstəliklərinin yaranmasına səbəb olur;

Qəribədir, amma şəkər asılılığı narkomanların uyuşdurucu maddəyə olan asılılığına çox oxşayır. Məsələn, şirniyyatdan bir-iki gün imtina edəndən sonra bədən onu tələb edir, həyəcan təbili çalınır...

1. Əgər siz böyük fasilələrlə yemək yeyirsinizsə, bu zaman qanda şəkərin səviyyəsi aşağı düşür, aclıq hissi gəlir, nəticədə şirniyyat ehtiyacı artır. Şəkəri normal səviyyədə saxlamaq üçün gündə 3 dəfə yaxşı qidalanmaq və 2 dəfə yüngül qəlyanaltı etmək kifayətdir. Ona görə də səhərlər mütləq yemək yeyin, qidalanma rasionuna daha çox zülal (süd məhsulları, yarmalar), bitki yağları (qoz, zeytun yağı), meyvə və tərəvəz daxil edin.

2. Orqanizmi şlaklardan təmizləyin. Orqanizmi detoksa öyrəşdirdikdən sonra şirniyyat eşqi sanki öz-özünə azalır. Meyvə, tərəvəz və bitkilərdən müxtəlif detokslar hazırlayın. Ev şəraitində bağırsağın təmizlənməsi çətin deyil.

3. Emosiyalarınızı nəzarətdə saxlayın. Yəqin ki, çoxunuz pis əhvali-ruhiyyədə olanda, narahatlıq və stress keçirəndə qeyri-ixtiyari olaraq ayaqlarınızın soyuducu tərəfə addımladığını müşahidə etmisiniz. Şirniyyat yemək problemləri həll etmir. Əgər özünüzü bu kimi sıxıntılardan xilas etmək istəyirsinizsə, təcili şəkildə özünüzə əhval-ruhiyyənizi qaldıran məşğuliyyətlər tapın, dostlarla görüşün, sevimli hobbiniz ilə məşğul olun, parkda gəzin və s. Sevdiyiniz işlə məşğul olanda şirniyyat yemək istəyi uzun müddət yox olur.

4. Soyuducuda şirniyyatların miqdarını azaldın. Şirniyyat almazdan əvvəl etiketləri mütləq oxuyun. Ola bilər ki, ilk baxışdan ən zərərsiz görünən məhsulun tərkibində böyük miqdarda şəkər olsun.

5. Orqanizmi minerallarla təmin edin. Xrom, vanadium, maqnezium, sink və digər bu kimi mineralların çatışmazlığı şirniyyat ehtiyacını artırır. Qida rasionundan şirniyyatları çıxardın, onları pendir, badam, göbələk, kəpək, lobya, yulaf ilə əvəz edin.

6. Yaxşı yatın! Artıq çəkisi olanların və şirniyyatdan imtina edə bilməyənlərin gecələr yaxşı yatmadığı məlum olub. Bu isə problemi daha da şiddətləndirir. Yuxusuz qalmaq yorğunluq yaradır. Yorğunluq isə insanları daha çox qida qəbul etməyə sövq edir.

7. Şəkəri sağlam qidalarla əvəz edin. Təəssüf ki, bal, ağcaqayın ağacından hazırlanmış sirop kimi sağlam və təbii şirniyyatlar da orqanizmdə şəkər də çevrilir. Dadı spesifik olsa da, ən yaxşısı stevie bitkisindən istifadə etməkdir.

8. Quru meyvələrdən sui-istifadə etməyin! Qurudulmuş meyvələrin tortlardan daha faydalı olduğu mübahisə olunmur. Lakin burada da ehtiyatlı olmaq lazımdır. Çünki onlarda da çox şəkər var. Təzə və keyfiyyətli meyvələr hamısından yaxşıdır.

9. Evdə və ya ofisdə şirin məhsulları saxlamayın. Şokolad, peçenye, konfet kimi şəkərlə zəngin zərərli məhsullar almayın. Əgər siz şirniyyat ehtiyacınızı heç cürə öldürə bilmirsinizsə, o halda bunu evdən uzaqda yeyin. Zərərli məhsulların qapıdan keçməsinə imkan verməyin.

10. Daha çox tərəvəz yeyin! Tərəvəzlər orqanizmi zəhərli maddələrdən və şlaklardan təmizləyən faydalı maddələr və vitaminlərlə zəngindir. Onlar həzmi yaxşılaşdırır çəkinin normallaşmasına kömək edir. Keks əvəzinə yerkökü yeyin.

11. Hər gün 2 litr su için. Böyüklərə gündə ən azı 2 litr təmiz qazsız su içmək tövsiyə olunur. Cəmi bir neçə qurtum su içdikdə orqanizmdə maddələr mübadiləsi, metabolizm prosesləri yaxşılaşır, artıq kalori yandırılır, aclıq hissi yoxa çıxır. Artıq çəkidən xilas olana qədər bir müddətlik şirin və qazlı içkilərdən imtina etməyə çalışın. Əldə olunan nəticə sizi o qədər təəccübləndirəcək ki, şirin sulardan birdəfəlik imtina edəcəksiniz.

12. Çaya darçın əlavə edin. Darçın şirniyyat istəyini azaldır, insulin funksiyasını yaxşılaşdırır və qanda şəkərin səviyyəsini saxlamağa kömək edir.

13. L-qlyutamin istifadə edin. L-qlyutamin əslində, orqanizm və əzələlər üçün amin turşusu istehsal edən tikinti materialıdır. Bu komponent nəticəsində qanda şəkərin səviyyəsi bərabərləşir və şirniyyat böhranı keçib gedir. Yalnız bir kapsul qəbul etmək şirniyyat yeməkdən imtina yolunda ilk addım ola bilər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm