Səhiyyə
Azərbaycanda insanların ölüm SƏBƏBİ - Ötən ilin statistikası...
"Azərbaycanda stomatoloji xidmət haqqında qanun layihəsinin hazırlanmasına ehtiyac var. Çünki ölkədə stomatoloji kabinetlərin də sayı artır. Belə bir qanun yazılması vacibdir".
Publika.az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı Səhiyyə komitəsinin bugünkü iclasında çıxış edib.
Onun sözlərinə görə, bu qanun layihəsi MM-in digər komitələrində də təbliğ edilməlidir:
"Çünki reproduktiv sağlamlıq ailənin qorunması, gənc nəslin yetişməsi deməkdir. Çox təəssüf ki, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi dedikdə onun hansısa bəndini tutaraq, bu layihəyə kölgə salırlar".
Komitənin üzvü İlham Məmmədov isə qeyd edib ki, şəkər xəstələri üçün dərman bazarının mühüm strateji sahə kimi qiymətləndirilməsi lazımdır.
MM üzvü Rəşad Mahmudov qeyd edib ki, 2017-ci ildə Azərbaycanda əhali arasında ölümün ən əsas səbəbi ürək-damar sistemi xəstəlikləri olub:
"Həmin göstərici 57,8 faiz olub ki, bu da çox yüksək rəqəmdir. Bu sahədə dinləmələr keçirməyə böyük ehtiyac var".
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR