Rəşad Mahmudov işdən çıxarılmasına aydınlıq gətirdi - AÇIQLAMA
Bizi izləyin

Səhiyyə

Rəşad Mahmudov işdən çıxarılmasına aydınlıq gətirdi - AÇIQLAMA

Məşhur kardiocərrah, Milli Məclisin deputatı Rəşad Mahmudov Bakı Ürək Mərkəzindəki işindən ayrılması ilə bağlı xəbər saytlarında və sosial mediada yayılan xəbərlərə münasibət bildirib.

Publika.az lent.az-a istinadən xəbər verir ki, R.Mahmudov müqavilə müddəti başa çatdığı üçün işdən çıxdığını deyib:

"Bakı Ürək Mərkəzinə Mərkəzi Neftçilər Xəstəxanasından dəvət olunmuşdum və buradakı fəaliyyətimlə əlaqədar mənimlə 1 illik əmək müqaviləsi bağlanmışdı. Müqaviləyə görə əsas vəzifələrim Bakı Ürək Mərkəzində ürək cərrahiyyəsinin və mərkəzinin qurulması, müalicələrin təşkili, peşəkar tibb heyətinin yaradılması və yerləşdirilməsi, yeni prosedurların tətbiqi işlərinin təşkil olunmasına kömək etməkdən ibarət olub. Ümid edirəm ki, qarşıma qoyulan məsələlərin öhdəsindən layiqincə gəlmişəm və Bakı Ürək Mərkəzi hazırda regionun qabaqcıl müalicə müəssisələrindən birinə çevrilib. Artıq müqavilənin müddəti başa çatıb. Verilən tapşırıqlar icra olunduğu üçün yenidən müqavilə müddətinin uzadılmasına zərurət duyulmayıb. Bakı Ürək Mərkəzi özəl xəstəxanadır. Ona görə də, həmin xəstəxanaya işə təyinat və işdən azad etmə ilə bağlı sərəncamlar hörmətli səhiyyə naziri cənab Oqtay Şirəliyev tərəfindən verilmir. Bu baxımdan, onun sərəncamı ilə işdən azad olunmağım barədə saytlarda dərc olunan məlumatlar həqiqətdən tam uzaqdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm