Sosial
FHN: Yağış bu rayonlarda problemlər yaradıb
Ötən gün yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolmuş, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Fövqəladə Hallar Nazirliyi Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 9 ədəd texnika və 33 nəfərdən ibarət şəxsi heyəti Bakı şəhərinin Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Zevin küçəsində, Abşeron rayonu, Qobu qəsəbəsindəki Yeni məhəllədə, Xəzər rayonu, Qala qəsəbəsində, Binəqədi rayonu Beynəlxalq avtovağzalın ətrafı və Əlizadə küçəsində, Babək prospektində suçəkmə işləri aparılıb.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin 21 ədəd texnikası və 78 nəfərlik şəxsi heyətinin iştirakı ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsində həyətyanı ərazilərin su ilə dolması nəticəsində fərdi yaşayış evlərindən çıxmaqda çətinlik çəkən 14 nəfər, Sabunçu rayonunda 22 nəfər, ümumilikdə 17 nəfəri azyaşlı olmaqla 36 nəfər təhlükəsiz əraziyə çıxarılıb, suçəkəmə işləri aparılıb.
Nazirliyin Mülki müdafiə qoşunlarının 16 texnika və 44 nəfərlik şəxsi heyəti isə Sabunçu rayonu, Sabunçu qəsəbəsindəki Dəmiryolu stansiyasının yaxınlığında yağışların törətdiyi fəsadları aradan qaldırır.
Hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində Dövlət Yanğından Mühafizə Xidmətinin 1 ədəd texnika və 7 nəfərlik şəxsi heyəti yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işlərini davam etdirir.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?