Toya gəlməyəni məhkəməyə vermək olarmı? - VƏKİL MÜNASİBƏTİ
Bizi izləyin

Sosial

Toya gəlməyəni məhkəməyə vermək olarmı? - VƏKİL MÜNASİBƏTİ

"Məhkəməyə müraciət etsin, görək nəticəsi necə olacaq”.

Tanınmış hüquqşünas-vəkil Tahir Əlirzayev Azərbaycanda toyuna gəlməyənləri məhkəməyə vermək üçün vəkilə müraciət edən vətəndaşın hərəkətlərinə münasibət bildirib.

T.Əlirzayev Publika.az-a açıqlamasında deyib ki, toya gəlməməyə görə məhkəməyə müraciət etmək ağılsızlıqdır:

“Belə şeyə olar? Yaxşı edib, toya gəlməmişəm. Buna görə öhdəliyim var? Lap tutalım ki, bir insan toya gəlməməyə görə məhkəməyə verilir. Bəs məhkəmənin qərarı nə olacaq? Eybi yox, versin, məhkəməyə sübut etsin ki, ona ziyan vurulub. Məhkəməyə o zaman müraciət edilir ki, ortada öhdəlik var və o yerinə yetirilmir. O şey məhkəməyə verilir ki, vətəndaşa maddi, mənəvi və fiziki zərər vurursan və sairə. İndi kimsə toya gəlməyibsə, o adamın toy yiyəsinin qarşısında hər hansı öhdəliyi olmayıb”.

Vəkil bu hərəkətin normal qarşılanmadığını söyləyib:

“Mən bunu normal hərəkət saymıram. Heç bilmirəm ki, bu hərəkətin adı nədir. Onsuz da o adam məhkəməyə verib heçnə əldə edə bilməz. Çünki qanunda belə bir məqam yoxdur. Doğrudan da maraqlıdır, o adam məhkəməyə müraciət etsin, məhkəmə prosesini izləyək, görək nəticəsi necə olacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm