Sosial
Bu günün TƏQVİMİ
1907 - Bakıda "Bəhlul" satirik jurnalı nəşrə başlayıb. “Molla Nəsrəddin” jurnalının təsiri altında nəşr olunan dərginin redaktoru Ələsgər Əliyev idi. Jurnalın cəmi 9 sayı (1907-ci il 4 noyabradək) işıq üzü görüb. M.Ə.Sabirin bir neçə şeiri (Bəhlul Danəndə haqqında) ilk dəfə bu dərgidə dərc olunub.
1910 - Xalq şairi Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev; 1910 - 1.4.1981) Göyçayda doğulub. Əsərləri: “Qız qalası”, “Lenin”, "Qızıl gül olmayaydı", "Bir gün də insan ömrüdür" (poema), «Rənglər» (şeirlər silsiləsi), “Vəfa”, “Görüş” (pyes), "Dünən, bu gün, sabah", "Güneylər, quzeylər" , "Üzü küləyə" kitabları və s. N.Gəncəvinin «Xosrov və Şirin» poemasını, rus (A.Puşkin, M.Lermontov, N.Nekrasov, V.Mayakovski) və Avropa şairlərinin (C.Bayron, H.Heyne və s.) əsərlərini dilimizə tərcümə edib. Respublika Yazıçılar İttifaqının sədri (1938-1939), kinematoqrafiya naziri (1945-1948) olub. Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
1935 - Şair və tərcüməçi Vladimir Əbüləzim oğlu Qafarov (1935 – 19.7.2000) Sabirabad rayonunda anadan olub. Klassik və müasir Azərbaycan şairlərinin bir çoxunun əsərləri məhz onun tərcüməsində rusdilli oxuculara təqdim olunub.
1990 - Ali Sovetin sessiyasında Azərbaycan
Respublikasının prezidenti vəzifəsi təsis edilib. Sessiyada
Azərbaycan KP MK-nın 1-ci katibi Ayaz Mütəllibov prezident seçilib.
Sov. İKP MK-nın baş katibi M.Qorbaçovun SSRİ prezidenti
seçilməsindən sonra müttəfiq respublikaların rəhbərləri də eynilə
hərəkət etməyə başlamışdılar.
1992 - Türkiyə hökuməti Ermənistanın Azərbaycana
qarşı artan hərbi təcavüzü ilə bağlı yeni bəyanat verib. Bəyanatda
bildirilirdi ki, Şuşa və Laçının işğalı, Ermənistanın Naxçıvan
üzərinə hücumlarının genişlənməsi Türkiyəni hadisələrə seyrçi qoya
bilməz. Türkiyə 1921-ci il Qars müqaviləsinə əsasən, Naxçıvanın
təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıdığını nəzərə çatdırıb.
2000 - Prezident Heydər Əliyevin imzaladığı əfv
fərmanına əsasən, 91 məhbus, o cümlədən 1994 (oktyabr) və 1995-ci
il (mart) dövlət çevrilişi cəhdlərinə görə məhkum olunmuş 12 nəfər
azadlığa çıxıb.
2004 - Prezident İlham Əliyev Brüsselə səfəri gedişində Avropa Komissiyasının sədri Romano Prodi, NATO-nun baş katibi Yaap de Hoop Sxefferlə görüşüb, Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planını alyans rəhbərliyinə təqdim edib.
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi